Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş prezidenti Tağı İbrahimov Azərbaycandakı biznes obyektlərini Rusiya və Türkiyəyə köçürür.

"Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, Tağı İbrahimova məxsus olan "İBRA Holdinq” və "Nehrəm Holdinq” hazırda ciddi maliyyə böhranı keçirir.

Hətta, maddi vəziyyəti o qədər ağırdır ki, sözügedən holdinqlərə daxil olan bir neçə şirkət bağlanıb. Bakının Nərimanov, Səbael və Yasamal rayonlarında Tağı İbrahimova məxsus digər obyetklər isə satışa çıxarılıb.

Bakının Yusif Səfərov küçəsindəki "Araz” mehmanxanasının bu yaxınlarda qəfil sökülməsindən sonra Tağı İbrahimovun da öz biznesini Türkiyəyə köçürtməyə qərar verdiyi deyilir.

Əldə etdiyimiz məlumata görə, iş adamı Türkiyə ilə yanaşı Rusiya və İsrailə də investisiya yatırmağa hazırlaşır. Tağı İbrahimova məxsus şirkətlərin Rusiyada informasiya kommunikasiya texnologiyaları, İsraildə isə tikinti-inşaat sahələri bazarında fəaliyyət göstərəcəyi söylənilit.

Qeyd edək ki, Tağı İbrahimov "Hacı İbrahim Nehrəmli" kimi tanınan məşhur biznesmen İbrahim İbrahimovun da qardaşıdır.

Saxavət, Ölkə.Az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300