Gəncə şəhərində yerləşən 38 saylı bağçada bayram pulu ödəməyən valideyn Zərqələm Bayramovanın övladı Yeni il şənliyindən qovulub. Hafta.az-a açıqlama verən Zərqələm Bayramova bildirib ki, o, əvvəldən Lalə müəllimənin dediyi pulu ödəmək istəyib:


"Mən bağçada təşkil olunan bütün bayramlarda tələb olunan pulu ödəyirdim.  Bu bayramda da 10 manat pul yığılırdı. Onu da ödəmək fikrindəydim. Amma həyat yoldaşım gözlənilmədən işdən çıxarıldı. Maddi durumumuzda problem yaşandı. Lalə müəlliməyə 5 manat verib, övladımın Yeni il şənliyində iştirak etməsini istədim. O, isə mənə bildirdi ki, əlavə 5 manat verməli, həm də hədiyyəni də özüm almalıyam. Uşağımı geyindirib bayram əhvali-ruhiyyəsi ilə bağçaya apardım. Amma Lalə müəllimə onu uşaqların içərisindən seçib, tədbirdən qovdu. Övladım ağlaya-ağlaya evə gəldi. Körpə uşağa psixoloji travma yaşatdılar. Dünəndən bağça müdiriyyətinə zəng vurub, şikayətimi bildirmək istəyirəm. Bütün cəhdlərimə baxmayaraq, telefon zənglərimə cavab verən olmur".


Məsələni araşdıran hafta.az-ın əməkdaşı Gəncə şəhər 38 saylı bağça ilə əlaqə saxlamağa cəhd göstərsə də, heç bir nəticə əldə edə bilməyib. Bağçadan müraciətimizə cavab verən tapılmır.

 

 

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300