Sumqayıtda 978 manata sürücülük vəsiqəsi? (ŞİKAYƏT)
 
Vətəndaş iki dəfə verdiyi imtahandan keçə bilmədi, B kateqoriyalı sürücülük vəsiqəsinə görə, 978 manat pulunu aldılar Sumqayıt 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsində qalmaqal yaşanıb. Qalmaqala səbəb iki dəfə imtahan verərək, sürücülük hüququna sahib ola bilməyən vətəndaşdan 978 manatın alınması olub.
 
Uluyol.info xalq.az-a istinadən xəbər verir ki, Sumqayıt MERO-da şöbənin rəisi Mirəli Şıxəliyevin "sürücülük vəsiqəsi biznesi"nə maklerlər nəzarət edirlər. Bizə məlumat verən şəxsin sözlərinə görə, əsas missiyanı Anar adlı makler həyata keçirir və o, sürücülük vəsiqəsi almaq istəyənlərə təkliflər gətirir. Məlumatda deyilir ki, əvvəllər B kateqoriyala sürücülük vəsiqəsinə sahib olmaq istəyən şəxsin bunun üçün 500-600 manat xərci çıxırdısa, hazırda həmin məbləğ 900-1000 manata qaldırılıb.
 
«Anar adlı makler bizə bildirdi ki, MERO-nun rəis müavini İlkin sürücülük vəsiqəsi üçün 1000 manat istəyir. Uzun çək-çevirdən sonra isə qiyməti 978 manata endirdilər. Anar, həm də sürücülük məktəbinin nümayəndəsidir». Mənbə iki dəfə imtahan verdiyini, lakin pul vermədiyi üçün kəsildiyini vurğulayıb. O qeyd edib ki, 978 manat ödədikdən sonra sürücülük vəsiqəsi ala bilib.
 
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300