Almaniyanın "Spiegel" qəzetinin yaydığı məlumata görə, alman xüsusi xidmət orqanların 1996-cı ildən etibarən "Reuters", "BBC" və "New York Times"da çalışan bəzi jurnalistlərin müntəzəm izlənməsin i həyata keçirib.

 

Maraqlıdır, Azərbaycan jurnalistləri də xarici xüsusi xidmət orqanlarının hədəfinə çevrilə, onlar tərəfindən izlənə bilərmi? Moderator.az-a açıqlama verən "Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev bunun tamamilə mümkün olduğunu vurğulayıb:

 

"Jurnalistlərimizin xarici xüsusi xidmət orqnaları tərəfindən izlənə bilməsi tamamilə mümkündür. Buna şübhəniz olmasın. Bu, dünyada geniş yayılmış praktikadır. Bəzi yazılarlarla bağlı səfirlik əməkdaşlarının redaksiyalara gəlməsi halları olub. Bir sıra hallarda biz hətta xarici xüsusi xidmət orqanlarının müraciəti əsasında jurnalistlərin cəzalandırılmasının da şahidi olmuşuq. Rauf Mirqədirov yaddan çıxdımı? Bundan öncə də bu cür hallar olub.

 

Fəal və xüsusilə də beynəlxalq mövzuda yazılar yazan jurnalistlər xarici xüsusi xidmət orqanlaırnın diqqəti altında olur. Bu jurnalistlər müxtəlif mümkün vasitələrlə izlənilir. Buna görə də jurnalistlər hətta heç bir təhlükə hiss etmədikləri halda belə öz informasiya mənbələrini, informasiya bazalarını qorumalıdırlar. Bunun üçün isə xüsusi tədris proqramları mövcuddur. Doğrudur, bu, Azərbaycanda yoxdur. Lakin bu yaxınlarda Bakıya gələn beynəlxalq təşkilatlardan biri jurnalistlər üçün bununla bağlı iş apardı”.

 

(qaynarinfo)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300