"Mən prosesləri izləyirəm və təəssüflə deyirəm ki, müharibə praktiki olaraq qaçılmazdır”.

 

Qaynarinfo.Az xəbər verir ki, bunu Rusiyanın məşhur hərbi eksperti Pavel Felqenhauer haqqın.az saytına Dağlıq Qarabağ münaqişəsi zonasındakı şiddətli döyüşlərə münasibət bildirərkən deyib.

 

Bəs tərəfləri təxribata sürükləyən, təmas xəttində bu cür gərginliyi yaradan kimdir? Felqenhauerin fikrincə, xarici qüvvələr hazırda başqa işlərlə məşğuldurlar.

 

Ekspert qeyd edib ki, hətta ABŞ və Rusiyanın baş qərargah rəislərinin Bakı görüşünün də Qarabağ probleminə aidiyyəti yox idi.

 

"Dünya Qarabağı unutmağa çalışır. Müharibə olmasa, bu problemi xatırlayan yoxdur”-deyə o əlavə edib.

 

Hərbi analitik bildirib ki, Azərbaycan və Ermənistan razılaşsa, gərginliyin səviyyəsini azalda bilərlər, ancaq bütün bunlar müvəqqəti olar.

 

Felqanhauerin fikrincə, cəbhə xəttindəki mənzərə kədərlidir: "İndi "müharibə başlanacaq ya yox” sualını verməyin mənası yoxdur. Əsas sual bu olmalıdır: "Müharibə nə vaxt başlanacaq”.

 

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 24-dən 25-ə keçən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

 

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300