Qarabağda atəşkəsin pozulması ilə bağlı Ermənistan mediasında ziddiyyətli xəbərlər yayılmaqdadır.

Avropa.info xəbər verir ki, sosial şəbəkələrdə Diana Arytyunyan adlı bir erməni istifadəçinin yazdığı şərhdə ermənilərin cəbhədə ağır itki verdiyini, yük maşınlarında onlarla yaralı daşıdığından xəbər verir. Dövlət orqanlarından baş verənlər haqqında müfəssəl məlumat ala bilməyən erməni mediasıDiana Arytyunyanın yazdığı statusu tirajlayıb.

"Cəbhədə dəhşət baş verir… Əsgər olan qardaşım indi zəng edib dedi ki, azərbaycanlılar hər tərəfdən atırlar. Hospitallar və xəstəxanalar ağzınacan dolub. Bizim əsgərlərin cəsədlərini gətirən 3 yük maşını görüblər. Deyirlər 70 əsgər ölüb, 300-dən çox yaralı var. Əgər belə olsaydı, çətin ki, 3 yük maşını bu qədər cəsəd daşıyardı. İtkilər daha çoxdur, haradasa 200 nəfər. Bilmirəm nə edim, heç bir informasiya yoxdur, qardaşımla əlaqə kəsilib, şəhərdə panika var. Hakimiyyət heç bir iş görmür”– Diana Arutyunyan adlı istifadəçi belə yazıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300