Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı Azərbaycan ordusu tərəfindən alınıb, tərəfimizdən heç bir ərazi itkisi yoxdur. Bunu virtualaz.org-a polkovnik Şair Ramaldanov deyib.

Polkovnikin sözlərinə görə, hər iki tərəf canlı qüvvə itkisi verib. Ramaldanov neytral zonada Azərbaycan əsgərlərinin meyitlərinin qalması barədə məlumatı təsdiqləyib. "Həmin hərbçilər müəyyən qədər neytral zona daxilində yerləşən "önə çəkilmiş postlar”da xidmət edirdilər”, - ekspert bildirib.

"Keşikçi postları neytral ərazinin 100 metr dərinliyinə qədər məsafədə yerləşə bilər. Həmin əsgərlər erməni ordusunun zərbəsini ilk olaraq dəf ediblər və qəhrəmancasına vuruşublar. Hazırda həlak olanların meyitlərinin qaytarılması üçün operativ tədbirlər görülür. Beynəlxalq Qırmızı Xaç Komitəsi baş verənlərlə bağlı xəbərdar edilib. Problem bundan ibarətdir ki, erməni tərəfi snayperlərini ön cəbhəyə çəkib. Buna görə də, həlak olmuş əsgərlərin meyitlərini itkisiz götürmək çətindir”, - o qeyd edib.

Ramaldanov məlumat verib ki, ötən gecə ermənilərin hücumu, güman ki, əvvəllər aparılmış atışmaların davamı olub və qarşı tərəfin kəşfiyyat-diversiya qruplarının hərəkəti ilə bağlıdır. "Onlar müxtəlif istiqamətlərdə, o cümlədən Xocavənd istiqamətində Azərbaycan ordusunun mövqelərində zəif yerlər axtarıblar. Azərbaycan hərbçiləri əsl hərbi rəşadət göstərərək gərgin gecə döyüşündə layiqli cavab veriblər və düşməni əvvəlki mövqelərinə qayıtmağa məcbur ediblər”, - Ramaldanov deyib.

Hərbi mütəxəssisin sözlərinə görə, hazırda ermənilər qüvvələrini cəbhə xəttinə çəkirlər, tanklar ön xəttə toplanıb. Ekspert qeyd edir ki, cəbhə xəttində kəskinləşmə Ermənistan hakimiyyəti tərəfindən yaradılıb və onlar əhalinin diqqətini daxili problemlərdən Qaarabağdakı vəziyyətə yönəltməyə çalışırlar.

"Rəsmi Yerevan daim öz əhalisini inandırmağa çalışıb ki, ötən ilin aprel ayında itirilmiş əraziləri geri qaytaracaq. Lakin erməni ordusu bunu edə bilmir. Bizim ordumuz istənilən hərbi tapşırığı yerinə yetirməyə hazırdır”, - Ramaldanov vurğulayıb

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300