Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-də iki gənc fəal polis tərəfindən saxlanıldı.

Belə ki, AXCP Gənclər Təşkilatının sədri Təbriz Mirzəyev və AXCP GT-nın fəal üzvü Elçin Səmədov Fəvvarələr meydanında polis əməkdaşları tərəfindən saxlanılaraq Səbael rayon 9-cu polis bölməsinə aparılıb.

Onların polisə aparılma səbəbi hələlik açıqlanmasa da, gənclərin sosial şəbəkədəki fəallığına görə saxlandığı ehtimal edilir.

Картинки по запросу razi nurullayev

Partiya sədri Gənclərin saxlanılmasına reaksiyası bu cür oldu:

 

"Bizim Gənclər Təşkilatının hazırlıq komitəsinin sədri Təbriz Mirzəyev və GT-nın fəal üzvü Elçin Səmədov Fəvvarələr meydanında mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail rayon 9-cu polis bölməsinə aparılıblar.

 

Bu həbsləri qətiyyətlə pisləyir və bunu siyasi fəallara qarşı qisas aktı kimi dəyərləndirirəm. Bir yandan ölkədə azad sözdən, siyasi azadlıqlardan, demokratik inkişafdan bəhs edən siyasi hakimiyyət repressiya fəaliyyətini davam etdirir. Hər iki gənc sosial şəbəkələrdə ciddi fəallıq göstərir və görünən odur ki, onlar izlənib və saxlanıblar.

Hakimiyyəti siyasi fəallara qarşı qisas aksiyasını dayandırmağa və vətəndaşları qorxu altında saxlama praktikasına son qoymağa çağırırıq. Bu cür qərəzli yanaşmalar aramızda olan uçurumu daha da dərinləşdirəcək və təbii ki, bizi də tutduğumuz haqq yolundan döndərə bilməyəcəkdir"-Razi Nurullayev "facebook" hesabında yazıb.

 

Uluyol.info, Tural İNTİQAM

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300