Son günlər cəbhə xəttində atışmalar intensivləşib.

 

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 51 dəfə pozublar.

 

Dağlıq Qarabağda keçirilən "referendum”dan sonra atəşkəsin intensivləşməsi müxtəlif versiyalara səbəb olub. Bəs bu gərginlik aprel döyüşlərinin təkrarlanmasına gətirib çıxara bilərmi?

 

"İstənilən an cəhbədə gərginlik başlaya bilər"

 

Üzeyir Cəfərli ile ilgili görsel sonucu

Hərbi ekspert Üzeyir Cəfərov Toplum TV-yə deyib ki, bu gərginliyin yaranması gözlənilən idi: "İstənilən an cəhbədə gərginlik başlaya bilər. Ona görə də hesab edirəm ki, Ermənistan prezidentinin Müdafiə Nazirliyində keçirdiyi müşavirədən sonra gərginliyin olması gözlənilən idi və gözləntilər də özünü yavaş-yavaş göstərir. İndi Azərbaycan Müdafiə Nazirliyi cəhbə bölgəsindədir, lazım olan göstərişlər verilib. Düşmən qoşunlarının yer dəyişməsi, dislokasiya yerlərinin cəbhənin ön xəttinə yaxınlaşdırılması, o cümlədən artilleriya qurğularının ön xəttə gətirilməsi kimi məsələlər qoşunlarımız tərəfindən aktiv şəkildə müşahidə olunur və lazım olan tədbirlər görülüb. Ötən ilin aprelində baş verən hadisələr təkrarlana da bilər, təkrarlanmaya da. Hər şey ola bilər, çünki məsələ o qədər ciddidir ki, düşmən tərəf artilleriya qurğularından istifadə edir. Artilleriya qurğuları isə sıradan bir silah deyil. Əgər indiyə qədər avtomat silahlardan, pulemyotlardan, minaatanlardan istifadə olunurdusa, artıq artilleriya kimi ciddi və ağır silahlardan yararlanırlar. Azərbaycan tərəfi də artıq lazım olan addımları atıb. Hər halda istəməzdim o hadisələr təkrarlansın. Bu həm də beynalxalq qurumların məsələyə son dərəcə biganə yanaşmasının nəticəsidir. Rusiya ilə Fransanın bu məsələdə tutduğu mövqe ermənilərin özlərinə hədsiz dərəcədə arxayınlaşmasına gətirib çıxarır”.

 

"Apreldə də ola bilər, iyun, iyul və digər aylarda da"

Elxan Şahinoğlu toplum.tv ile ilgili görsel sonucu

 

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, danışıqlar nəticə vermirsə, bunun alternativi cəbhə bölgəsindəki gərginliyin artmasıdır: "Dağlıq Qarabağda lokal döyüşlər uzun zamandır gedir. Ona görə genişmiqyaslı döyüşlərin istənilən an başlaması mümkündür. Bu, apreldə də ola bilər, iyun, iyul və digər aylarda da. Çünki atəşkəsə riayət olunmur. Azərbaycan strategiyası dəyişib, işğalçıların Dağlıq Qarabağ ətrafındakı postları, canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır. Danışıqlar nəticə vermirsə, bunun alternativi cəbhə bölgəsindəki gərginliyin artmasıdır”.

 

Eltac Turan Türk, Toplum.Tv

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300