Türkiyənin dəstəklədiyi Suriya müxalif qrupları Əl-Baba nəzarəti İŞID-ın (İraq Şam İslam Dövləti) əlindən alaraq mərkəzi tam ələ keçirdiklərini açıqlayıb. Türkmənlərdən ibarət Sultan Murad briqadası adlı müxalif qrupun komandiri Əhməd Otman "Əl- Babın tamamilə azad edildiyini açıqlayırıq. İndi yaşayış yerlərindən minaları təmizləyirik” deyib. Bölgədəki iki fərqli müxalif qrupun komandirləri də xəbərləri təsdiqləyib. Anadolu Agentliyi də Türk Silahlı Qüvvələrinin (TSK) dəstək verdiyi Azad Suriya Ordusunun (OSO) Suriyanın şimalındakı Əl- Bab mahalının mərkəzini ələ keçirdiyini bildirib. Məlum olduğu kimi, TSK və OSO-nun 24 avqustda başlayan "Fırat Qalxanı” hərəkatı bir sıra əraziləri terrorçulardan aldıqdan sonra dekabr ayının başında Əl- Baba doğru yönəlmişdi. İndiyə qədər birləşmələr 1 900 kvadrat kilometrdən çox sahəni geri alıb. "Fırat Qalxanı” hərəkatında bu günədək həyatını itirən əsgərlərin sayı 69 nəfərə çatıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300