Astara gömrüyün önündə İrana getmək istəyən yüzlərlə Azərbaycan vətəndaşı toplaşıb. Aralarında qadınlar, yeniyetmə uşaqlar, yaşlı kişilər var. Gömrüyün qapısının açılmasını səbirsizliklə gözləyirlər...

İrana müalicəyə getmək istəyənlər narazılıq edirlər. Burda Azərbaycanın bütün bölgələrindən gələnlər var. Səhər saat 9-u gözləyirlər. Gömrük saat 9-da açılır, 18.00-da bağlanır. Hiss olunur ki, hamı gömrüyün həyətinə birinci keçmək istəyir.

Adının çəkilməsini istəməyən bir vətəndaş deyir ki, gömrük 24 saat işləməlidir: «Gömrük 24 saat işləsə, millət burda dayanmaz. Az sayda adam buraxırlar, onunla qurtarır. Bunlar bir saat da işləmirlər. Cəmi 5 dəqiqəlik qapını açırlar, sonra bağlayırlar. İranda buraxırlar».

«ÇÖRƏKPULUNA MÖHTACIQ»

Astara şəhər sakini Fərbiyə Şabanova deyir ki, qapını gün ərzində iki dəfə açırlar: «10-15 dəqiqəlik qapını açırlar, sonra bağlayırlar. Çörəkpuluna möhtacıq».
Cəmi 5 dəqiqəlik qapını açırlar, sonra bağlayırlar.
Cəmi 5 dəqiqəlik qapını açırlar, sonra bağlayırlar. 

«Niyə İrana gedirsiniz» sualına əsəbi cavab verir: «İki uşağım evdədir işsiz. Pensiyam 3 nəfərə çatmır. Məcburam, İrana gedirəm, 5-6 manat qazanım. İrana gedənlərin hamısı mənim kökümdədir. Kasıb adamlardır. Hamballıq edirik. Yük aparırıq İrana, orda buna görə 30 manat alırıq. Qayıdanda siqaret gətiririk, ondan da 10-15 manat qalır. Bura cəhənnəm qapısıdır. Nə qədər burda adamlar zədələnir, xəstələnirlər. Ölənlər olur. Özüm burda yaralanmışam. Bir hamilə qadının barmağı dəmir barmaqlıqlar arasında qalıb sındı. Bir cavan oğlan burda basabasa düşdü, 3 gündən sonra öldü. Bir parça çörəyim olsa, İranda nə işim var?».

QAPI AÇILIR...

Qapı açılır. Basabas düşür... Sıxılmış adamların fəryadı eşidilir. Kim güclüdürsə içəriyə girir. Qapı bir neçə dəqiqə açıq qalır. Sərhədçilərlə gömrük işçiləri qapını bağlamaq istəyirlər. Qapının yanında duranlar isə buna imkan vermək istəmirlər. Nəhayət, qapını bağlaya bilirlər. Nəfəs almağa çətinlik çəkən bir qadını kənara çəkirlər. Ətrafdakılar ona yardım göstərir. Haldan düşmüş daha bir yaşlı adamı kənara çəkirlər, yaxınlıqdakı səkidə əyləşdirirlər. Onun halı özündə deyil. Gözləri hədəqədən çıxıb. Üzünə su çiləyirlər, dərman verirlər. Bir neçə dəqiqədən sonra özünə gəlir...
Əzizəli Həşimov
Əzizəli Həşimov

«İRANDA MÜALİCƏ UCUZDUR»

Masallı rayonunun Həsənli kənd sakini Əzizəli Həşimov deyir ki, İrana müalicə məqsədi ilə getmək istəyir: «İrana gedirdim, xəstəxanaya. Xahiş edirəm Bakıdan çəkiliş gətirin. Bir çəkin görün nə oyundur. Camaatın gəlinləri, arvadları təpik altında qalır. Başqa gömrükdə belə şey yoxdur, bir dənə Astaradadır. Camaata zülm edirlər».

Ə.Həşimov deyir, İranda müalicə ucuz olduğuna görə ora gedir: «Bizdə 3-5 min manata müalicə edirlər. Gedirlər İrana bu 200 manata başa gəlir. 20-50 nəfər həkimə, qalanı alverə gedir...».

O deyir ki, gömrüyün qarşısında yaranmış acınacaqlı vəziyyətlə bağlı prezidentə şikayət edəcək.

Gömrüyün qapısı bağlansa da adamlar sakitləşmir. Qapının açılmasını tələb edirlər.
Ziyad Quliyev
Ziyad Quliyev 

5 GÜN GÖZLƏYƏNLƏR VAR...

Astara rayon sakini Ziyad Quliyevin deməsinə görə, 5 gündür ki, sərhədə gəlir, İrana keçə bilmir: «Vəziyyət pisdir. Gedirik İrana bazarlıq etməyə, gedə bilmirik. Qoymurlar. Rəis çıxdı çölə, dedi ki, bizə nazirlik 600 nəfər limit qoyub. Biz heç 600 nəfərin də o taya keçdiyini görmürük. Qoymurlar. «Qaynar xətt»ə zəng

Dəqiqələr ötür, gömrüyün qarşısında isə vəziyyət dəyişmir. Əksinə, İrana getmək istəyənlərin sayı durmadan artır. Sakinlər deyir ki, gecə saat 3-4-də burda növbə tutanlar olur. Deyilənə görə, İrana gedənlərin sayı Novruz bayramına qədər artacaq.

Astara Gömrük İdarəsinin növbətçi hissəsində isə tənqidləri qəbul etmirlər. Onlar gedənlərə limit qoyulduğu haqda deyilənləri şayiə adlandırıb, sonrakı suallarımıza bir cümlə ilə belə cavab verirlər: «Adamlar çoxdur».

Prezident İlham Əliyev bu günlər ölkəyə turist axının sürətləndirilməsi ilə bağlı sərəncam verib. Orada həm sərhəd buraxılış məntəqələrində iş vaxtlarının və həm də xidmətin keyfiyyətinin artırılması məsələləri öz əksini tapıb. Fərmanın bu tələbləri yerinə yetəcəkmi?///azadliq.org

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300