Rusiya dünyanın iri dövlətlərindən xahiş edir ki, Suriyada bərpa proseslərin yardım etmək üçün milyardlarla dollar ayırsın.

"The Financial Times” qəzetinin yazdığına görə Rusiya hesab edir ki bu, Suriyada daxili nizamlama proseslərinə yardım edəcək. Hansı ki, Rusiyanın patronajlığı altında hazırda Suriyada döyüşən tərəflər arasında əldə edilmiş razılaşma kövrəkdir, münaqişənin nizamlanması perspektivləri dumanlıdır.

Qəzetin yazdığına görə gözlənilir ki, məsələ bu gün Cenevrədə Suriya nizamlanmasına dair danışıqlarda qaldırılacaq. Avropalı diplomatlar deyiblər ki, Rusiya xarici işlə nazirinin müavini Mixail Boqdanov ötən həftə Moskvada Aİ üzvü olan ölkələrin səfirlərini qəbul edərək Suriyanın bərpası məsələsinin əsas gündəm mövzusu olacağını deyib. Boqdanov bildirib ki, bərpa proseslərinə on milyardlarla dollar lazım ola bilər. Və diplomat dərhal işarə edib ki, Rusiyadan bu işdə heç nə gözləmək lazım deyil.

Lakin qəzet yazır ki, Rusiyanın təşəbbüsü müqavimətlə qarşılaşa bilər. Qərb diplomatlarının bildirdiyinə görə, Avropa və Fars körfəzi ölkələri Rusiyanın Suriyaya hərbi müdaxiləsindən qəzəblidir. Bu müdaxilə hərbi əməliyyatların gedişini Bəşər Əsədin xeyrinə dəyişib. Ona görə də Qərb ölkələri Suriyanın bərpasına ancaq bir şərtlə pul verə bilərdi: Rusiya siyasi keçid prosesi üçün şərtlər yaratsın.

"Onlar gəldilər, tam darmadağın etdilər, hər şeyi baş-ayaq çevirdilər, indi istəyirlər ki, dağıtdıqlarının pulunu biz verək”-avropalı diplomatlardan biri belə deyib.

Xatırladaq ki, Rusiyanın Suriyada 2015-ci ilin sentyabrından həyata keçirdiyi hava əməliyyatları böyük dağıntılarla müşaiyət olunur. Bir tərəfdən Rusiya aviasiyası Suriya şəhərlərini bombalayır, o biri tərəfdən Əsəd ordusu Rusiyanın verdiyi silahlarla ölkəni xaraba qoyub. Bu baxımdan Rusiyanın indi Suriyada bərpa işləri üçün Qərbdən milyardlarla dollar xahiş etməsi tamamilə absurd görünür. Doğrudan da İranın və Rusiyanın sındırıb-dağıtdıqlarına görə pulu başqaları niyə verməlidir?

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300