Türkiyənin Adana şəhərindəki ABŞ konsulluğunda uzun illər təcüməçilik edən Hamza Uluçay terrorçu PKK qruplaşmasına üzv olmaqda şübhəli bilinərək tutulub.
"Report” DHA-ya istinadən xəbər verir ki, onun PKK-nın təəssübkeşlərini idarə
etdiyi iddia olunur.
Məlumata görə, H.Uluçay əməliyyat zamanı yaşadığı evdə tapılmayıb. Bundan sonra
ABŞ konsulluğu ilə aparılan danışıqlardan sonra amerikalılar onu diplomatik missiyanın
binası qarşısında polislərə təslim edib.