Rusiyanın Moskva vilayətində fəaliyyət göstərən Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin sədri Qalib Ağayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Uluyol.info virtualaz.org-a istinadən xəbər verir ki, 2015-ci ildə Qalib Ağayev 600 min rubl (hazırkı məzənnə ilə təxminən 18 min manat) büdcə vəsaitini qrant kimi cəlb edərək, "Rusiya türkiyəli və azərbaycanlı məktəblilərin gözü ilə" layihəsini həyata keçirəcəyini bildirib. Həmin layihə çərçivəsində o, Rusiya Təhsil Nazirliyinin "Rus dünyası" fondunun ayırdığı pul hesabına Azərbaycandan və Türkiyədən məktəblilərin Rusiyaya dəvət edilməsini və yeniyetmə qonaqlara "Rusiya Qızıl Halqası"na daxil olan şəhərləri göstərməli idi.

 

Lakin mənbənin bildirdiyinə görə, bu vəsait ayrılsa da layihə həyata keçirilməyib və Qalib Ağayev sözügedən pulları mənimsəyib. Onun barəsində Moskva vilayəti polisində "dələduzluq" maddəsi ilə cinayət işi başlanıb.

 

Məhkəmənin qərarı ilə Qalib Ağayev ev dustaqlığına məhkum olunub.


 

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300