dfrgtrgtgth

Manatın ikinci devalvasiyasından sonra ciddi problemlər yaranıb

 

 
Milli valyutanın ucuzlaşması bir çox sahələrdə maliyyə böhranına səbəb olub. 
 
Xüsusən futbol klublarında böhran özünü daha çox biruzə verir. Legionerlərlə müqavilələrin dollarla bağlanması klubların büdcəsinə ciddi şəkildə təsir edib.
 
Neft qiymətlərinin kəskin şəkildə ucuzlaşmasından sonra SOCAR-dan maliyyələşən "Neftçi” maliyyə problemləri ilə üzləşmişdi. Manatın devalvasiyası isə vəziyyəti daha da pisləşdirib. Artıq SOCAR klubun xərclərini azaltmaq üçün müəyyən addımlar atmağa başlayıb. Sponsor klub rəhbərliyinə müqavilələrin manata çevirilməsini tapşırıb. Amma bu tapşırıq klubda qalmaqala səbəb olub.
 
Belə ki, Mühaşidə Şurasının sədri Çingiz Abdullayev maaşının manata çevirilməsinə razılıq verməyib. Bir müddət əvvəl Xalq yazıçısının klubdan ayda 20 min dollar maaş aldığı barədə xəbərlər yayılmışdı. Bu xəbər indiyədək nə təsdiq, nə də təkzib olunub. Məbləğin nə qədər dəqiq olduğunu bilmirik. Amma dəqiq bilirik ki, Çingiz bəy "Neftçi”dən Azərbaycan reallığında kifayət qədər böyük olan məbləğdə maaş alır.
 
Buna baxmayaraq, "Dronqo”nun yaradıcısı maaşının azalmasına razılıq vermir, həmçinin yeni məzənnə ilə ödənməsini tələb edir. Çingiz bəyin hətta "Maaşım dollarla verilməsə, bir daha "Neftçi”nin qapısından içəri girmərəm” dediyi də bildirilir.
 
Çingiz Abdullayevin bu tələbi klubda əməlli-başlı qalmaqala səbəb olub. Belə ki, başda icraçı direktor olmaqla klubun rəhbərliyində təmsil olunan digər şəxslər, o cümlədən Müşahidə Şurasının üzvləri "Çingizin maaşı dollarla verilirsə, bizim də maaşımızı dollarla verin” tələbini irəli sürüblər. Məhz bu səbəbdən "Neftçi”də maaşların bundan sonra hansı valyuta ilə ödənəcəyi bilinmir. Görünən odu ki, qarşıdakı günlərdə klubda böyük səs-küy qopacaq… (fanat.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300