Mustafa Hacıbəyli

Bundan əvvəl heç vaxt hətta JEK müdiri də işləməmiş Ramin Quluzadəni rabitə naziri təyin etmişdilər. Sonra ləğv edilən Nəqliyyat Nazirliyini də ona təslim etdilər. Heydər Əliyev Fondunun işçisi olmuş Ramin Quluzadə bu hakimiyyətdə Əli Abbasov və Ziya Məmmədov kimi oliqarxları əvəz etdi.

Bir az da keçmişə baxsaq, Misir Mərdanovu əvəz edən Mikayıl Cabbarov da paşayevlər ailəsinin kadrı sayılırdı. Bank, sığorta, rabitə və digər gəlirli biznes sahələrinin də tədricən paşayevlərin nəzarətinə keçdiyi məlumdur.

İndi də Mehriban Əliyeva birinci vitse-prezident təyin edildi.

İstiqamət bəlli:ötən il keçirilən referendum və konstitusiyanın dəyişdirilməsi də daxil olmaqla, bütün önəmli qərarlar ailə hakimiyyətinin bərqərar olmasına xidmət edir və indiyə qədər əliyev rejiminin qulluğunda olan bütün başqa klanlara dirsək göstərilir.

Bu təyinatın nəticəsinin nə olacağını hələ bəlli deyil – birlikdə görəcəyik. Amma İlham Əliyevin bu təyinata vadar edən səbəblər bəllidir. Kefindən etməyib bunu. Hakimiyyət içində dəfələrlə xəyanətlə üzləşən İlham Əliyev özünə sadiq qalası kadr tapa bilmir. Ətrafını sarmış oliqarxlara güvənmir. Fərhad Əliyevin, Cahangir Hacıyevin, Əli Abbasovun, Eldar Mahmudovun, Ziya Məmmədovun və başqalarının üzə çıxan və hələ üzə çıxmayan, daha dəqiqi cəmiyyətin hələ bilmədiyi neçə-neçə xəyanətləri ilə üzləşib.

Bu əlacsızlıq, onu vəd etdiyi islahatlara olan sadəlövh ümidləri də birdəfəlik gömmək, ölkədə ailə hakimiyyətinin bərqərar olduğunu etiraf etmək zorunda qoyub.

Bu əlacsızlıq İlham Əliyevi həm sivil dünyanın praktikasına, həm Azərbaycanın milli mentalitetinə qarşı getmək zorunda qoyub.

Bu əlacsızlıq onu hakimiyyət daxilindəki müxtəlif klanların da maraqlarına qarşı getmək zorunda qoyub. Mehriban Əliyevanın əldə edəcəyi səlahiyyətlər istər-istəməz Kəmaləddin Heydərovun, Ramiz Mehdiyevin, Vasif Talıbovun, hakimiyətdəki digər oliqarxların  səlahiyyətlərinin daralmasına səbəb olacaq. Ola bilər ki, üzdə müqavimət göstərməyəcəklər, amma hakimiyyətə münasibətləri, indən belə hakimiyyətin onlara münasibətinə adekvat olacaq.

Bu fərman hakimiyyət içində narahatçılığa, yerdəyişmələrə, yenidən qruplaşmalara səbəb olacaq. Bu isə öz növbəsində ciddi fəsadlara gətirib çıxaracaq. Hakimiyyətin bu fəsadların öhdəsindən gələ bilib-bilməyəcəyi böyük sual altındadır.

Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması haqda ilk publik təklifi Hacı Əbdül irəli sürmüşdü. Hacıəbdüllər Mütəllibovun hakimiyyətini qoruya bilməmişdilər, Əliyevin hakimiyyətini də qoruya bilməzlər.

İllər öncə yazmışdıq ki, bütün qapalı rejimlər kimi, əliyev rejimi də getdikcə çevrəni daraltmağa, sonda hər kəsi düşmən elan edib meydanda tək qalmağa məhkumdur.

Bu gün verilən fərman çevrənin daralması yolunda tarixi bir mərhələdir. Rejimin sonunu yaxınlaşdıran – qaçılmaz mərhələ.

Bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300