Peyman Sadıqov: Həyatım təhlükə altındadır
Xalqxeber.Az xəbər portalının baş redaktoru Peyman Sadıqov təhqirlərə və təzyiqlərə məruz qalması ilə bağlı birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik:
Hörmətli Mehriban xanım! Sizin ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğı əvəzolunmazdır. Bu gün Sizə ünvanlanan bütün məktublar müsbət nəticə verməklə yanaşı, həmin an öz həllini tapır və layiqincə ölkə vətəndaşlarına köməklik göstərilir. Xüsusilə mətbuat işçilərinin problemlərinin həllində göstərdiyiniz yüksək köməklik, təqdirə layiqdir və bütün jurnalistlər tərəfindən ən yüksək şəkildə qiymətləndirilir. Bu gün ölkəmizdə azad söz və azad mətbuat var. Xüsusilə vurğulamaq istəyirəm ki, ölkə başçısı cənab İlham Əliyev Azərbaycan mətbuatına göstərdiyi qayğı və diqqət göz önündədir. Ulu öndər, dahi insan Heydər Əliyevin belə bir kəlamı var. "Mən o jurnalistə minnətdar olaram ki, mənim bilmədiyim, eşitmədiyim faktları, nöqsanları mənə doğru-düzgün çatdırsın” Bizdə bu gün ölkəmizdə olan söz azadlığını üstün tutaraq, haqq-ədalət uğrunda mübarizəmizi aparırıq, qanuni şəkildə peşə fəaliyyətimizi yerinə yetiririk. Həmişə dövlətimizin və dövlət başçımızın bütün uğurlu xarici və daxili siyasətini dəstəkləmişik. Bu bizim birbaşa vətəndaş olaraq borcumuzdur. Lakin buna baxmayaraq məmur özbaşınalığını, onların törətdiyi haqqsızlığı və bir çox nöqsanları qələmə aldığımız an ciddi qarşıdurmalarla, iradlarla, hətta təhdid və hədələrlə üzləşirik. Əgər hər hansı bir mövzumuz, haqqında dərc etdiyimiz şəxs narazıdırsa, qaranlıq məsələyə aydınlıq gətirmək istəyirsə, öz mövqeyini bildirə bilər, bu təbii haldır. Qayda-qanunlara uyğun olaraq biz qarşı tərəfi də dinləməyə hazırıq. Və hər mövqe bildirən şəxsə də qarşı yüksək dəyər veririk. Mən şəxsən bunu belə qiymətləndirirəm.
Baş redaktor birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiSizi mühüm dövlət işlərinizdən ayırmaq istəməsəmdə buna son dərəcədə məcburam. Çünki həyatım təhlükə altındadır. Belə ki, Politika.az saytında "SOS: Ölkədə xərçəng yayan nitrit maddəsi "Lider" kolbasalarına qatılır? - İttihamlar başlığı altında məqalə dərc olunmuşdu. Həmin yazını ölkə mətbuatının bir neçə xəbər portalı dərc etməklə yanaşı, rəhbəri olduğum Xalqxeber.Az xəbər portalı da istinadla xəbəri dərc etmişdi. Həmin yazı dərc olunandan sonra redaksiyanın əlaqə telefonuna qeyd etdiyim ( 055-385-97-74 ) nömrəsindən zəng gələrək, özünü Ağagülov Cavanşir kimi təqdim edən şəxs mənə hədə-qorxu gələrək təhqir etməyə başlamışdır. Dərc olunan yazıya münasibət bildirmək əvəzinə ağır söyüşlər işlədən Cavanaşir adlı şəxs məni təhqirlərə, təzyiqlərə məruz qoymuşdur. Mən ona yazının Politika.az saytına istinadən dərc olunduğunu nə qədər anlatmağa çalışsamda O, mənə söyüşlər söyməkdə davam etmiş və məni ölümlə hədələmişdir. Dünən axşam saatlarında mənə yenidən zəng edərək, əgər sən mənə saytına xəbəri dərc edən işçini tapıb verməsən, mən səndən əl çəkməyəcəm və səni cəzalandıracam deyə kəskin şəkildə danışmışdır. Sonda mənə bildirdiki, sənin ofisin harda yerləşir, mən də öz növbəmdə ona qeyd etdim ki, Azərbaycan Nəşriyyatında otururuq. Cavanşır Ağagülov mənə bildirdi ki, səni pis günə qoyum səndə bax və səni yaşamağa peşman edəcəm. Durmadan ağır söyüşlər işlədən Cavanşir müəllim məni ölümlə hədələməkdən belə çəkinmədi. Mən onu dəfələrlə nəzakətli və etika ilə danışmağa çalışsamda O, öz növbəsində hədə-qorxu gələrək ağır söyüşlər işlətməyə davam edirdi.
Hörmətli Mehriban xanım! İş adamının mənə necə hədə-qorxu gələrək, ağır söyüşlər işlətməsi və ölümlə hədələməsi ilə bağlı səs yazıları hamısı qeydə alınıb. Həmin səs yazılarını Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə və Baş Prokurorluğa təqdim etməyə hazıram.
Çox xahiş edirəm mənim həyat təhlükəsizliyimi təminat altına alın və mənə hədə-qorxu gələrək, ağır söyüşlər söyən "Lider RM" şirkətinin sahibi Ağagülov Cavanşir barasində ciddi şəkildə ölçü götürülməsi ilə bağlı xüsusi tapşırıq verəsiniz. İnanıram ki, ölkə vətəndaşlarına xüsusilə mətbuat işçilərinə göstərdiyiniz diqqət və qayğını məndən əsirgəməyəcəksiniz.
Şəxsiyyətinizə daim artan dərin ehtiram hissləri ilə.

Xalqxeber.Az xəbər portalının baş redaktoru
Peyman Sadıqov

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300