Günahkarlar hələ də sərbəst gəzib dolanır

Ermənilər Xocalıya 523 milyon ABŞ dolları məbləğində ziyan vurub. APA-nın xəbərinə görə, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ülvi Əhmədov deyib. O bildirib ki, 39 nəfərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib: "39 nəfərdən 18-i o vaxt Xankəndində yerləşən 366-cı motoatıcı alayın zabit və gizirləridir”.
Ü. Əhmədov qeyd edib ki, Xocalı soyqırımı ilə bağlı başlanmış cinayəti işi çərçivəsində 7500-dən artıq istintaq hərəkəti aparılıb.
Xocalı soyqırımından keçən uzun illər ərzində faciənin əsas səbəbkarları hələ də cəzalandırılmayıb. Artıq bu qətliamı törədənlərin sayı rəsmi şəkildə bəyan edilib. Onların etdikləri cinayətə görə cavab vermələri üçün yetər ki ciddi tədbirlər görülməlidir.
Hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın 366-cı motoatıcı alayının komandiri Yuri Zarviqorov və bu faciədə əli olanların yerinin bəlli olduğunu söyləyir. Belə bir vəziyyətdə, onları indiyədək məsuliyyətə cəlb etmək elə də çətin olmamalıydı:
"Xocalı soyqırımında iştirak edən Yuri Zarviqorov, Seyran Ohanyan, Aleksandr İvanov və digərlərini tutmaq mümkündür. Lakin bu istiqamətdə göstərilən prinsipiallıq Lapşinin tutulması yönündəki inadkarlıqdan qat-qat aşağıdır. Adıçəkilən adamların konkret yeri məlumdur. Onlar Rusiya, Gürcüstan və digər ölkələrə sərbəst gedib gəlirlər. Bu adamları İnterpol xəttiylə çox rahat şəkildə həbs etmək olar. Primakov, Yazov ölüb, bu gün-sabah da Qorbaçov gedəcək. Faciədə əli olanlar bəs nə vaxt cəzasını alacaq?! Hər il 20 Yanvar, Xocalı faciəsinin ildönümünü qeyd edirik. Lakin iş bununla bitmir. Faciəni törədənlər axır ki cəzasını almalıdır. Əfsus ki, onların tutulması yönündə prinsipiallıq nümayiş etdirilməməsinin səbəbləri mənə aydın deyil”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300