Türkiyənin FOX TV kanalının yayımı Azərbaycandakı bəzi kabel televiziyalarında dayandırılıb.

Fevralın 22-si axşam saatlarından bu kanalın yayımı Azərbaycandakı analoq, rəqəmsal və IPTV yayım növlərində yoxdur. FOX Türk kanalı digər bir TV kanal ilə əvəz olunub.

Ailə TV bundan yalnız bir cümlə ilə bəhs edir və bunu Milli Televiziya və Radio Şurasının göstərişi ilə izah edir.

Ancaq Şuranın saytında bu barədə məlumat verilmir.MTRŞ-dan məsələyə, hələlik, aydınlıq gətirmək mümkün olmayıb.

Bir gün əvvəl, fevralın 21-i həmin kanalın xəbərlər proqramında Azərbaycanla bağlı süjet efirə verilmişdi. Orada prezident İlham Əliyevin xanımı Mehriban Əliyevanı birinci vitse prezident təyin etməsi aparıcının gülüşü ilə təqdim edilmişdi.

FOX kanalının həmin xəbərlər proqramı Azərbaycandakı sosial şəbəkələrdə də qızğın müzakirəyə səbəb olmuşdu. Bəzilər yazırdılar ki, artıq, Azərbaycan gülüş hədəfinə çevrilib.

"Yəqin ki, FOX kanalının yayımı Azərbaycanda dayandırılacaq” – deyə bəzi insanlarda ehtimallarını yazırdılar.

 

fox

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300