Bu gün Avropa azərbaycanlılarının ilk peşəkar kültəvi çap orqanı olan "Avropost” qəzeti işıq üzü görüb. Bu barədə AzEuroNews.com-un Avropa Bürosuna qəzetin baş redaktoru Anar Orucov məlumat verib. Onun sözlərinə görə, Almaniyada çap olunan qəzet Avropanın digər ölkələrində pulsuz paylanacaq:"”Avropost” hələ ki, ayda bir dəfə və 8 səhifədə 5 min tirajla dərc ediləcək. Lakin yaxın gələcəkdə 16 səhifə olmaqla və ayda iki dəfə oxucularımızın görüşünə gələcəyik. "Avropost” xəbər agentliyinin çap orqanı kimi nəşrə başlayan "Avropost” qəzeti Avropada Azərbaycan dilində peşəkar media fəaliyyəti ilə məşğul olan müstəqil media qurumudur. Agentlik 2015-ci ilin martında yaradılıb. Qurumun məqsədi Avropada yaşayan azərbaycanlıları ölkədə və dünyada xüsusilə, Avropa ölkələrində baş verən və Avropa azərbaycanlılarının həyatına birbaşa aidiyyəti olan olaylarla yaxından tanış etmək o cümlədən, Avropada yaşayan həmvətənlərimizin həyatı, məşğuliyyəti, təhsili, nailiyyətləri və uğurları, habelə çətinlikləri, problemləri və qayğıları haqqında yazan bir mətbuat qurumuna çevrilməkdir. "Avropost” təkcə baş verən yeniliklər haqqında xəbər paylaşmağı deyil, eləcə də Avropa azərbaycanlılarını bir-birinə və Azərbaycan cəmiyyətinə tanıtmaq məqsədi daşıyır. Həmçinin "Avropost” vasitəsilə vətəndən uzaqda məskunlaşan yurddaşlarımızın müəyyən problemlərinin həllinə dəstək ola biləcəyimizə inanırıq”.

A.Orucovun sözlərinə görə, məqsədlərindən biri də, Avropa azərbaycanlılarının səylərini birləşdirmək vasitəsilə Azərbaycanda mövcud olan problemlərin həllinə töhfə verə bilməkdən ibarətdir:"Həmçinin biz vətənimiz haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla Azərbaycanın vahidliyi, ərazi bütövlüyü, azad və demokratik inkişafı üçün çalışacağıq. "Avropost” hər bir həmvətənimizə açıq olan bir tribunardır və qəzet Avropada Azərbaycan dilində peşəkar media fəaliyyəti ilə məşğul olan müstəqil, heç bir siyası mənsubiyyəti olmayan, yalnız Vətənimiz Azərbaycanın və azərbaycanlıların inkişafına töhfə verməyi qarşısına məqsəd qoyan media qurumudur”.

 

1234

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300