ABŞ Senatında Silahlı Xidmətlər Komitəsinin sədri Con Makkeyn dünən Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Respublikaçı senator Con Makkeyn prezident Ərdoğan ilə səmimi və məhsuldar bir görüş keçirdiyini bildirib. Ortaq demokratik dəyərlər əsasında Türk-Amerikan ittifaqının önəminə hər zaman diqqət çəkən Makkeyn "Avropa və Yaxın Şərqdəki qarışıqlıqların artdığı bir dövrdə bu ittifaq (Türk-Amerikan ittifaqı) hər zamankındən daha əhəmiyyətlidir” deyib. Senator Ərdoğan ilə xüsusilə Suriyadakı son vəziyyət haqqında ətraflı fikir mübadiləsi apardığını bildirib.
Vəzifəsinə bir ay əvvəl başlayan Donald Tramp rəhbərliyinə işarə edən Makkeyn "ABŞ-dakı rəhbərlik dəyişikliyi Suriyadakı mövcud siyasətin yenidən qiymətləndirilməsi üçün əhəmiyyətli bir fürsət yaradır” deyib.
Makkeyn eyni zamanda bunları qeyd edib: "ABŞ DEAŞ-ı sürətlə və birdəfəlik məğlub etmək, düşmənlərimizin əks təsirinə qarşı dayanmaq və bölgədə əminlik yaradan bir güc tarazlığı qura bilmək üçün Türkiyə ilə çalışmalıdır. Bu məqsədlə Prezident Ərdoğan Suriyada etibarlı bölgələr yaradılması və Rakkanın geri alınması üçün bir təklif ortaya qoyub. Bu təklif ABŞ tərəfindən ciddi şəkildə nəzərdən keçirilməlidir.”//azadliq.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300