Müsavat Partiyasının başqanı Arif Hacılı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibəti ilə Azərbaycan xalqını təbrik edib. 

Partiyanın mətbuat xidmətindən ULUYOL.İNFO -ya daxil olan təbrikdə deyilir:

"Hörmətli həmvətənlər! 

Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibətilə ürəkdən təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. 

1988-ci ildə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, azadlığı uğrunda başlayan Xalq Hərəkatı ümummilli problemlərin həlli uğrunda xalqın səfərbər olması üçün şərait yaratdı. 

Uzun illər dondurulmuş problemlər ölkə miqyasinda gündəliyə gəldi. Xalqımızı uzun illər ərzində ayıran sərhəd məftillərinin sökülməsi çağırışları nəhayət 1989-cu ilin dekabr ayının 31-də reallaşdı. Həmin gün xalqımızın sevinclə bayram etdiyi günlərdən birinə çevrildi. 

1992-ci ildə, Elçibəy hakimiyyəti dövründə onun təşəbbüsü ilə Milli Məclisdə həmin günün Dövlət bayramı - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi barədə qanun qəbul olundu. 

O vaxtdan 31 dekabr dünyanın hər yerində yaşayan 50 milyonadək soydaşlarımız həmin günü bayram kimi qeyd edir. Bu gün Azərbaycanlıların dünyanın hər yerində toparlanmasına əhəmiyyətli təsir göstərir. 

Qarşıdan həm də Yeni təqvim ili gəlir. Təəssüf ki, indiki iqtidarın yarıtmaz siyasəti nəticəsində ötən il də ölkənin, xalqın problemlərinin həll olunmadığı bir il oldu. Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində irəliləyiş baş vermədi. Xalqın güzəranı daha da pisləşdi, bacarıqsız iqtisadi siyasət ölkəni dərin bir böhrana gətirdi. 

Cəmiyyətdə təbəqələşmə daha da dərinləşdi, varlıların daha da varlanması, yoxsulların isə daha da yoxsullaşması prosesi davam etdi. Ölkəmiz siyasi və vicdan məhbusların sayına görə dünyanın lider dövlətlərindən birinə çevrildi. İnsan hüquqları və digər azadlıqlar sahəsində yaranan acınacaqlı vəziyyət dözülməz həddə çatdı. Hakimiyyətin bacarıqsız xarici siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdən təcrid olunmuş vəziyyətə düşdü. 

2016-cı il dövlətimiz və xalqımız üçün çətin sınaq ili olacaq. Dərinləşən siyasi və iqtisadi böhran şəraitində, yeni 2016-cı ildə istər Qarabağ probleminin, istərsə də digər problemlərimizin həlli üçün səylərimizi artırmalıyıq. 

Arzuladığımız azad Azərbaycanın qurulması, xalqımızın nüfuzunun, dövlətimizin təsir imkanlarının artması naminə fədakar mübarizə aparmalıyıq. 

Hörmətli həmvətənlər! 

Sizi bir daha Yeni təqvim ili münasibəti ilə təbrik edir, vətənimizin azad, firavan gələcəyi naminə birliyə, həmrəyliyə çağırıram”.
 
 ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300