''O, polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilir''
Fevralın 20-də REAL Hərəkatının Sumqayıt təşkilatının fəalı, bloger Rahim Şaliyevin saxlanıldığı deyilir.
Bu barədə məlumatı təşkilatın fəalı Elkin Xəlil yayıb.
O bildirib ki, Rahim Şaliyevi REAL-dakı fəaliyyətinə görə yox, bloger olduğu üçün saxlayıblar:
"Respublikaçı Alternativin Sumqayıt Məclisinin fəalı, jurnalist Rahim Şalıyev 30 sutka müddətində azadlıqdan məhrum edildi. Ona polisin qanuni tələbinə tabe olmamaq ittihamı irəli sürülüb. Rahim Şaliyevə qarşı irəli sürülən ittiham absurddur".