Neftçala şəhər  sakini Rzayeva Sevda Əhmədəli qızı oğlunun şübhəli ölümü ilə bağlı  ULUYOL.İNFO xəbər portalı vasitəsilə Prezidentə müraciət etdi:
 
"Möhtərəm Prezident,Cənab İlham Əliyev,hara yazacam,cavab gəlməyəcək.Tək ümidim Sizsiz. 2015-cil yanvar ayının 29-u oğlum Səxavət çalışdığı Neftçala Mühafizə bölməsindən  evə döndü.Səhəri 30 yanvar axşam saatlarında atasından iki manant aldı.və düşündük,yaxınlıqdaki,çayxanaya gedir.Dostları ilə görüşəcək.Bir də eşitdik ki,oğlum canına qəsd edib.Həyətdə asılı vəziyyətdə tapılıb.Xatırladım ki,cəmi 5-6 ay olardı ki,Neftçala Mühafizə bölməsinə işə düzəlmişdi.Bundan əvvəl işə düzəlməsi üçün kursa göndərdik,o vaxt kursu üçün 400 manat verdik. İşə düzəlməsi üçün Mühafizə İdarəsini rəsi mayor Azər Məmmədov bunun qarşılığında yoldaşımdan 2500 manant almışdı.Özü də deyib ki,"pulu əlbəəl vermə,maşının bardaçokuna qoy".Biz də həmin pulu Ekspres bankdan götürmüşdük,hələdə krediti verib qurtarmamışıq.
 
Oğlum dəfələrlə mənə deyərdi ki,atam niyə bu qədər pulu verib məni bəlaya saldı.Orda işləməyək istəmirəm. Azər Məmmədovun tez-tez oğlumu incitdiyini bildirərdi .Çox adam Azər Məmmədovdan gileylidir,Mühafizə bölməsin bildiyi kimi idarə edir.Eşitdiyimə görə yuxarda havadarı var,ona görə arxayındı.
 
Hadisə baş verən gün aşağıda dava düşüb.Dava zamanı nə olub,necə olub,dava niyə görə düşüb,kimlər iştirak edib bizə qaranlıq qalıb.Amma Neftçala Prokurorluğu hadisəni gözəl bilir.Dava iştirakçılarından pul alıb işi bağlayıblar.Bunu deməyə əsas verən həmin davada qaynım oğlu Rzayev Elsevər Alışan oğlu iştirak edib.Oğlumun yasına nə qaynım,nədə qaynım oğlu gəlmədi.Bizdə şübhələr yarandı.Sonrada qaynım oğlu yoldaşıma zəng edib deyib ki,"mənim adımı vermisiz ? ,çağırıb 1000 manat pul aldılar".Oğlum dünyasın dəyişdiyi 11 aydır, bir dəfə də olsun qapımızı açmayıblar.Oğlumun yasına çalışdığı idarənin rəhbər vəzifəli şəxsləridə gəlmədi,sadəcə oğlumu polis formasında olan şəklin gəlib çadırdan götürdülər ki,polis adı hallanmasın.
 
Nə yas mərasimini keçirməyə,nə qəbirdaşın qoymağa köməklik edilmədi.Verdiyimiz 2500 manatın heç olmasa yarısın yoldaşım Azər Məmmədovdan istədi.Heç olmasa bankdan götürdüyümüz borcu qaytaraq.Əvvəl Azər Məmmədov razı olsada ,sondadan dediklərin dandı.Amma eşitdiklərimiz bizi sarsırtdı.Şayiə yayıb ki,"onların pulun artıqlaması ilə qaytarmışam".
 
Oğlum özünü asdığı yerə pivə butulkaları qoymuşdular.Ayağının yanına bir neçəsin qoyulmuş du ki,fikri yayındırsınlar ki,içib sonra özün asıb.Amma övladım artıq 4 ilə yaxın idi ki,içkiyə tövbə etmişdi.Heç kim inanmadı özünə qəsd edə.Oğlumda canına qıyacaq cəsarət yox idi.İntizamlı,haqqa tərəf idi.Hərbi xidmətin fərqlənmə ilə bitirmişdi.Biz inanmadığımızdan qanından analız verdik və sprit tapılmadı.Şübhəmiz özün doğrultdu.oğlum,içməmişdi,və bu təsirdən canına qıymayıb.O  maaş kartı görməzdi,vermişdi mənə ,məndə pulun yığıb toyun edəcəkdim.Amma yasın görmək qismətim oldu.
 
Oğlumun istiqtaq işi isə heç üç ay keçmədi ki,yekunlaşdı.Nə istintaqdan,nə də məhkəmədən xəbərimiz olmadı.Davada olanlardan ayrı-ayrılıqda tutub müəyyən qədər alıb buraxdılar.Mənim balamın qanın batırdılar.İşin aparılmasında Vidadi adlı müstəntiq var idi.Dəfələrlə gedirdik,hər dəfə də bir bəhanə ilə bizi yola salırdı.Sonda dedi ki,"gedin,dərdinizi kimə deyirsiz,deyin".
 
Cənab prezident gözümün ağı-qarası bircə oğlumun qanının batmasına izn verməyin.Balamın həqiqi günahkarları kimdisə tapılsın,verdiyimiz 2500 manatın heç olmasa 1500 manatı qaytarsınlar ki,balamın işə düzəlməsi üçün götürdüyümüz krediti bağlayaq.
 
Əgər balamın qanı yerdə qalacaqsa,Bakının mərkəzində özümü yandıracam.Balamdan sonra onsuzda həyat bizim üçün sönüb.Allah heç bir ananaya mənim yaşadığımı acını yaşatmasın".


 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300