Müsavat Partiyası bölgələrdə zona müşavirələrini davam etdirir.
Bu gün Müsavat Partiyası rəhbərliyindən olan nümayəndələrin iştirakı ilə respublikanınBiləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Bərdə, Tərtər, Yevlax, Şəki, Oğuz, Qəbələ, Ağcabədi rayonlarında toplantılar keçirilib.
Müsavat Partiyası rəhbərliyinin və Müsavat Partiyasının yerli təşkilatının üzvlərinin iştirakı ilə keçirilən toplantılarda ölkədəki ictimayi-siyasi durum və Müsavat Partiyasının fəaliyyətinin istiqamətləri müzakirə olunub. Olkədə tüğyan edən iqtisadi böhran, iqtidarının yarıtmaz siyasəti pislənib.
Hökumətin Müsavat Partiyası üzvlərinin yaşam və fəaliyyətindəyaratdığı maneələr müzakirə olunub. Müsavat rəhbərliyinin bu məsələləri daima diqqətdə saxladığı bildirilib, xüsusi tapşırıqlar verilib.
Müsavat Partiyası Şəki şəhərində Şəki, Oğuz, Qəbələ rayon təşkilatları rəhbərliyi və bir qrup fəalının iştiakıyla müşavirə keçirib. Toplantıda Divan üzvləri Elman Fəttah və İkram İsrafil iştirak ediblər.
Müsavat Partiyası Masallıvə Lənkəran təşkilatlarının rəhbərliyi və bir qrup üzvünün iştirakıyla müşavirə keçirib. Toplantıda Divan üzvü Yadigar Sadıqlı iştirak edib.
Müsavat Partiyasının rəhbərliyi Tərtər, Bərdə, Yevlax rayon təşkilatlarının rəhbərliklərinin və bir qrup fəalının iştirakıyla müşavirə keçirib. Toplantıda Divan üzvləri Alya Yaqublu, Vəfa Cümşüdlü və başqan müşaviri Dadaş Əhmədli iştirak edib.
Müsavat Partiyası Biləsuvar və Cəlilabad Rayon Təşkilatlarının zona müşavirəsi keçirilib. Toplantıda Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı və başqan müşaviri Hidayət İsmayılov iştirak edib.
Beyləqan Rayon Təşkilatının qərargahında partiyanın Ağcabədi, Beyləqan, Fizuli Rayon Təşkilatları rəhbərlərinin və fəallarının iştirakı ilə müşavirə keçirilib. Müşavirədə Divan üzvü Başxanım Abbaslı və MNTK üzvü Baba Allahnəzərov iştirak ediblər.
Müsavat Partiyası Ağstafa, Tovuz rayonlarında Müsavat Partiyası Rayon Təşkilatının rəhbərləri və partiya fəallarının iştirakı ilə müşavirə keçirib. Toplantıda Müsavat başqanının müavini Səxavət Soltanlı iştirak edib.
Müsavat Partiyası Gəncə, Goranboy, Göygöl, Samux, Şəmkir Rayon Təşkilatlarının rəhbərliyi ilə müşavirə keçirilib. Müşavirədə başqan müavini Tofiq Yaqublu və MNTK üzvü Xuraman Bağırova iştirak edib.
Könül Alı, Bastainfo.com