school_240413_02

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) kollegiyası "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”na dəyişiklik edib.

Bu qaydalar ümumi təhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydalarını müəyyən edir.

Ümumi təhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) ümumi təhsil pilləsinin ümumi orta (IX) və tam orta təhsil səviyyələrini başa vuran (XI) təhsil alanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir. Ümumi orta və tam orta təhsil səviyyələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) TQDK tərəfindən aparılır. İmtahan nəticələri imtahan verildiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalası üzrə qiymətləndirilir.

İndiyə qədər tam orta təhsil səviyyəsində (XI sinif) buraxılış imtahanında 5 ballıq şkala üzrə xarici dil/kimya fənləri üzrə 0-5 suala düzgün cavab 2 bal, 6-15 suala düzgün cavab 3 bal, 16-24 suala düzgün cavab 4 bal qiymətləndirilib. Dəyişikliyə əsasən bundan sonra isə tam orta təhsil səviyyəsində imtahanda xarici dil/kimya fənləri üzrə 0-6 suala düzgün cavab 2 bal, 7-24 suala düzgün cavab 3 bal, 17-24 suala düzgün cavab 4 bal qiymətləndiriləcək.

Qeyd edək ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili fənni), riyaziyyat və xarici dil fənləri üzrə TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.(APA)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300