Bakı şəhərinin ictimai nəqliyyatında vahid kart sistemi olan "BakıKART" haqqında maraqlı məlumat əldə edilib

 

Elektron ödəniş kartı "BakıKART"-ın rəsmi saytı "www.bakikart.az"domenini Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbəri Vüsal Kərimli öz adına qeydiyyatdan keçirib.

 

Ümumi nəqliyyat ödənişlərini birləşdirən və "Bakı Metropoliteni" QSC-yə aid metro və BNA-nın nəzarətində olan avtobus nəqliyyat vasitələrində gediş haqqının ödənişin həyata keçirildiyi "BakıKART" sisteminin rəsmi veb səhifəsinin V.Kərimlinin adında olması özündə böyük sual doğurur. Belə ki, bu, dövlət qurumunun rəhbəri olan bir şəxsin açıq şəkildə sahibkarlıq ilə məşğul olduğunu və qanunazidd fəaliyyətini göstərir. Görünür Vüsal Kərimlidə o qədər arxayınçılıq yaranıb ki, hər kəsin rahatlıqla gördüyü domen mülkiyyətini belə öz adına qeydiyyatdan keçirməyə çəkinmir.

 

Domenlərin qeydiyyatını həyata keçirən "Online.az" saytında "www.bakikart.az" domenini üçün 23 yanvar 2017-ci ildə ödəniş edildiyi görünür və bu dövr Vüsal Kərimlinin BNA-ya rəhbərlik etdiyi dövrlə üst-üstə düşür.

 

Xatırladaq ki, bir ildən çox müddətdir yaradılan Bakı Nəqliyyat Agentliyinə rəhbərlik edən Vüsal Kərimli haqqında mətbuatda səsləndirilən iddialar bununla bitmir. Onun rəhbərlik etdiyi quruma öz qohumlarını və yaxınlarını yerləşdirdiyi mətbuatda dəfələrlə yazılıb. Lakin görünən budur ki, Vüsal Kərimli bütün bunlar qulaqardına vurmaqda israrlıdır və öz "krışa"sına arxayınlığı yüksək həddədir.Bir müddət öncə isə Türkiyənin çoxtirajlı"Yeni Akit" qəzeti Vüsal Kərimli haqqında sensasion məqalə dərc edərək onun Fətullah Gülənin adamı olduğunu yazmışdı./aktual.az/

 

vusal

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300