"Son ana qədər Pərvizin adının əfv siyahısında olacağına inanırdıq. Çünki, elə hamı deyirdi ki, bu dəfə Pərviz mütləq buraxılacaq”. Bu sözləri turkustan.info saytına açıqlamasında hazırda həbsdə olan jurnalist Pərviz Həşimlinin qardaşı Zamin Həşimov bildirib.

Z.Həşimov qeyd edib ki, MTN ətrafında baş verən hadisələrdən sonra Pərvizin azadlığa çıxacağına ümidləri daha da artıbmış: "Pərvizin siyasi məhbus olduğu, vicdan məhbusu olduğu MTN hadisələrindən sonra daha açıq ortaya çıxdı. Ancaq, onun adını əfv siyahısında görməyincə hamımız məyus olduq, xüsusilə də qızı”.

Əmisinin bildirdiyinə görə 7 yaşlı Zeynəb Pərvizin əfv fərmanı ilə azadlığa buraxılıb evə gələcəyinə inandığından, atası üçün yolka bəzəyibmiş: "O çox gözləyirdi ki, bayram günlərində atası ilə birlikdə olacaq, Yeni ili birlikdə qarşılayacaq. Ancaq, evdə məlum olanda ki, Pərviz buraxılmayıb, Zeynəb ağlaya-ağlaya yolkasını sökdü. Bu bir uşaq üçün nə deməkdir, yəqin ki, təsəvvür etmək olar”.

Z.Həşimov Pərvizin yaxın vaxtlarda azad ediləcəyinə yenə də inandıqlarını bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300