"Qazprom” Ermənistana gedən boru xəttinin Gürcüstandakı hissəsindən keçən hər 1000 kub metrə görə Tiflisə 5 dollar verir.

Bu barədə informasiyanı Gürcüstanın Vahid Milli Hərəkat Partiyası yayıb. "Qazprom”la Tiflis arasında imzalanan müqaviləyə həsr edilən təqdimat zamanı çıxış edən deputat Roman Qoçiridze Tiflisin bu müqavilədən 21,9 milyon dollar itirdiyini bildirib:

"Şimal-Cənub qaz kəmərinin Gürcüstandan keçən hissəsi 221 kilometrdir. Buradan illik keçən qazın həcmi təxminən 2 milyard kub metrdir. Əvvəlki razılaşmada Gürcüstanın qaz formasında aldığı tranzit haqqı 44 milyon dollardır. "Qazprom”un yeni təklifində isə pulla alınacaq tranzit haqqı 22,1 milyon dollar olacaq. Bu isə 21,9 milyon dollar zərərdir”.

Qeyd edək ki, Tiflislə "Qazprom” arasında yeni qaz müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Rusiya bundan sonra Gürcüstan ərazisindən keçərək Ermənistana gedən boru kəmərinə görə ödənişi pulla həyata keçirəcək. Üstəlik, Tiflis Rusiyadan əlavə qaz almaq imkanına da sahib olacaq. Moskva isə bu qazı 215 dollara yox, 185 dollara satacaq. Hələlik Gürcüstan hökuməti tranzit haqqının nə qədər olacağını söyləmir və yalnız bu qiymətin Avropada ən bahalı tranzit qiymətlərindən biri olduğunu deyir.

Tiflis 2016-cı ilin 31 dekabrına qədər Ermənistana Rusiyadan gedən qazın ümumi həcminin 10%-ni tranzit qarşılığında əldə edirdi.//axar.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300