Zahir Əzəmət Hərəkat yaratdı
 
"Devalvasiya Qurbanları Hərəkatı" (ad şərtidir) elan edilib. 

Bu barədə tanınmış yazar, Qaynar Media Qrupunun rəhbəri Zahir Əzəmətin müraciətində bildirilir:

"Dostlar, Devalvasiya Qurbanları Hərəkatı (ad şərtidir) elan edirəm. Banklara borclanan hər kəsi birləşməyə çağırıram. Yaranan situasiyada borclanan, ödəmə qabiliyyətini itirən vətəndaşların hüquqlarını müdafiə edən, sözünü deyəcək quruma ehtiyac var. Tezliklə təşəbbüs qrupu formalaşmalı, ilkin tələblərimizi elan etməli, aidiyyatı olan strukturlarla görüşməliyik.

Hesab edirəm ki, manat və ya dollarla olmasından asılı olmayaraq, bütün kreditlər vəziyyət normallaşana qədər dondurulmalıdır!!! Çünki yaranan situasiyanın günahkarı vətəndaşlar deyil və ağrısını da onlar çəkməli deyil". 

Təşəbbüs Qrupuna qoşulmaq istəyənlər Zahir Əzəmətlə əlaqə yarada bilər. 

Əlaqə nömrəsi: 0502430099

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300