Müsavat xalqı mübarizəyə çağırdı
 
Müsavat Partiyası imzalanmış əfv sərəncamı ilə bağlı bəyanat yayıb.Bəyanatı ULUYOl.İNFO oxuculara təqdim edir :

"Uzun müddətli fasilədən sonra verilən əfv sərəncamı Azərbaycan hakimiyyətinin yerli və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymadığını, ölkəmizi indiki böhran vəziyyətinə gətirən yanlış siyasətini bundan sonra da davam etdirmək niyyətində olduğunu nümayiş etdirdi. 

Əfv sərəncamı ilə azadlığa buraxılanların siyahısına siyasi və vicdan məhbuslarından heç kəsin adını salmamaqla iqtidar vətəndaşların və ölkənin maraqlarını düşünmədiyini, cəmiyyətlə, xalqla qarşıdurmanı daha da dərinləşdirməyə hazırlaşdığını, mütərəqqi dünya ilə Azərbaycanı qarşı qarşıya qoymaqdan çəkinməməklə, dövlət mənafelərinə əhəmiyyət vermədiyini göstərmiş oldu. 

Müsavat Partiyası son əfv sərəncamının Azərbaycanın milli maraqlarına cavab vermədiyini, ölkənin milli təhlükəsizlik məsələsinə çevrilmiş siyasi məhbuslar probleminin həllinə yardım etmədiyini, ölkədə vətəndaş qarşıdurmasını dərinləşdirdiyini, beynəlxalq aləmdə dövlətimizin və xalqımızın imicinə ağır zərbə olduğunu bəyan edir. 

Müsavat Partiyası ölkə ictimaiyyətini, yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarını bu əfv sərəncamına etiraz etməyə, Azərbaycanın gələcəyini düşünən hər kəsi ölkədə vətəndaşların hüquq və azadlıqlarının təmin olunması uğrunda mübarizəyə qoşulmağa, demokratik dövlətləri və beynəlxalq qurumları Azərbaycan hakimiyyətindən demokratik islahatlar, insan haqları sahəsində üzəriinə götürdüyü öhdəliklərin icrasını indi daha qətiyyətlə tələb etməyə çağırır".
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300