Meliorasiya və Su Təsərrüfatı ASC İmişli Hidroqovşaq İstismar İdarəsininin rəisi çıxılmaz duruma düşüb.

 

Bu barədə mia.az-a İmişlidəki mənbə məlumat verib.

 

Müsahibimiz deyib ki, bir neçə gün öncə İmişli rayon Polis Şöbəsinin rəisi Ayaz Cəfərov yaxın dostları ilə "Şərbət gölü” adlanan ərazidə ova çıxıblar.

 

Ov zamanı rəisin və dostlarının avtomobili palçığa batıb. Ərazi bataqlıq olduğundan avtomobili oradan çıxarmaq mümkün olmayıb. Bu səbəbdən də polis rəisi "Meliorasiya və Su Təsərrüfatı" ASC İmişli Hidroqovşaq İstismar İdarəsininin rəisi Mirqoca Mirişovdan yardım istəyib.

 

İdarə rəisi isə ACS-nin böyuk çayların deltasını təmizləmək üçün 350 min dollara aldığı yeni texnikanı əraziyə göndərib. "Ovçu”ların avtomobili bataqlıqdan çıxarılsa da, 350 min dollarlıq texnikanın özü batıb. Bataqlıqdan çıxmaq üçün edilən bütün cəhdlər puça çıxıb, əksinə texnika 750 metr lilin içərisinə batıb.

 

Məlumatda iddia olunur ki, hazırda hadisə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəisi Əhməd Əhmədzadədən gizlədilir. İdarə rəisi 350 minlik texnikanı bataqlıqdan çıxarmaq üçün müxəlif vasitələrə əl atsa da, hələlik istəyinə nail olmayıb.

 

Mütəxəssislər bildirirlər ki, ərazinin tamamilə bataqlıq olması səbəbindən texnika yalnız çəkici təyyarə vasitəsi ilə çıxarıla bilər. Hazırda həmin əraziyə qaravulçu qoyulub.

 

Onu da nəzərə çatdıraq ki, həmin ərazidə ov etmək qadağandır. Bir neçə gün öncə ərəb turistlər həmin gölün ətrafında qanunsuz ov elədikləri üçün külli miqdarda cərimələniblər.

 

Məsələ ilə bağlı tərəfləri dinləməyə hazırıq.

 

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300