Azərbaycanda uşaq "Kinder Joy” adlı şokoladlı yumurtadan zəhərlənib.

Bu barədə "Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkədə yazıb. O, qeyd edib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Təbriz küçəsi, mənzil 6 ünvanında yaşayan Babayev Xəyyam Əmrulla oğlu tərəfindən birliyə daxil olan müraciət araşdırılıb. Müraciət edən şəxs bildirib ki, Xətai metrosu yaxınlığında yerləşən "Metro market” dükanından uşaq üçün "Kinder joy” şokoladlı yumurtasını alıb. Evə gətirdikdən sonra yumurtanın üzərində yararlılıq və buraxılma tarixinin qırmızı "skoç”la örtüldüyünü görüb və onu qaldırıb. "Skoç”un altında 04.03.16 və 15.09.16 tarixinədək yazısı görünüb. Yəni malın yararlılıq tarixi artıq 2016-cı ildə bitib. Nəticədə müştərinin uşağı zəhərlənib.

Müştəri kassa qəbzi əldə etməsi üçün müxtəlif vaxtlarda həmin dükana gedib və yenə eyni maldan alıb. Həmin mallarda da vəziyyətin eyni olduğu aşkarlanıb. Məlum olub ki, kassa çekinin VÖEN- i də yoxdur. Müştəri birliyə ünvanladığı müraciətdə bildirib: "Düşünürəm ki, bu kimi vaxtı keçmiş maldan uşaqlar zəhərlənə bilər. Necə ki, mənim uşağım zəhərləndi və çətinliklə onu xilas etdik. Çünki uşaq "kinder”in birini yemişdi”.

"Heç bir dövlət orqanı bu təhlükəli malı yığışdırmağa maraq göstərmir. Bu malı idxal edən "Hengen” şirkətinə də məlumat verdim, heç bir əməli iş görmür” deyə E.Hüseynov bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300