Redaksiyamıza müraciət edən Kürdəmir rayonu Karrar stansiyasının sakini Səfərov Vüqar Əhməd oğlu hərbi xidmətdə aldığı xəsarətdən II qpup əlil olduğunu bildirir. Aldığı 115 manat təqaüdlə dolana bilmədiyini deyən əlil ona çatacaq konpensasiyanın ödənilmədiyindən şikayətçidir.

Vüqar Səfərov Azadliq.info-nun əməkdaşına ürəkağrısı ilə danışır:

"Hazırda ayağımda 10 ədəddən çox qəlpə var. Əvvəllər imkanım vardı onları çıxartdıra bilirdim. İndi isə heç çür imkan yoxdur. Ayağım bir yana, yaşayış yerim də yoxdur. Karrar stansiyasında evimiz köhnə olduğundan uçub. Rayon İcra hakimiyyətinə müraciət etdim baxan olmadı. Bakıda kirayə qalmaq məcburiyyətindəyəm. Təkcə həyat yoldaşım xadimə işləməklə ailəni dolandırır. Kirayə pulunu ödəyə bilmirəm. Məcbur olub pensiya kartımı girov qoyuram. Birtəhər onu ödəyib, başqa yerdə yenidən girov qoyuram. Buna görə tez-tez kirayə dəyişirəm. İki qızım var , artıq böyüyüblər. Bir otaqda qalırıq. Heç olmasa mənim "qan pulumu” versinlər başıma bir çarə edim. Müdafiə Nazirliyinin qaynar xəttinə zəng etmişəm, deyirlər Sosial Müdafiə Mərkəzinə müraciət et. Ötür-ötür edirlər…

Deyirlər kişi ağlamaz, amma əlimdən heçnə gəlmir. Dəfələrlə özümə qəsd etmişəm. Daha yaşamaq istəmirəm. İki uşağa görə birtəhər dözürəm. Onların həyatı indidən məhv olur. Nə təhsil ala bilirlər, nə də adam kimi yaşaya bilirlər”.

Vüqar Səfərov sonda ölkə başçısına müraciət edərək, ona yardım edilməsini, əlillik aldığı üçün veriləcək konpensasiyanın ödənilməsini xahiş edir.

Kürdəmir rayon sakini Vüqar Səfərovun şikayətini aidiyyatı qurumların nəzərinə çatdırıb, onların mövqeyini gözləyirik.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300