Azərbaycanda icra başçılarından birinin xanımı ölkədən qaçıb.

Bu haqda AFN-in redaksiyasına məlumat verən mənbənin sözlərinə görə, böyük rayonlarımızdan birinin icra başçısının xanımı külli miqdarda (təxminən 150 min manatdan çox) vəsaitlə sürücüsünə qoşulub qaçıb. Bir neçə ay öncə baş verən hadisə ölkə ictimaiyyətindən gizli saxlansa da, həmin rayonda çoxları bundan xəbərdardır. Mənbəmiz həmin icra başçısının, xanımının və sürücüsünün adlarını da redaksiyamıza təqdim edib, lakin məlum səbəblərdən qeyd etmirik.

İcra başçısının xanımının getməsinə səbəb isə deyilənə görə, məmurun şəxsi keyfiyyətlərinin pis olması ilə bağlı olub. Belə ki, həmin icra başçısı ailəsi ilə münasibətlərini normal saxlamırmış: "Onun məmur kimi də reputasiyası yaxşı deyil, haqqında tez-tez neqativ xarakterli yazılar yazılır, iradlar bildirilir. Ailəsində də eyni qaydada narazılıqlar varmış. Sonda xanımı dözməyərək ailəni tərk edib. Çoxları deyir sürücü ilə gedib, lakin belə söz-söhbət də var ki, sürücü xanımın xarici ölkələrdən birinə getməsinə yardım etdiyi üçün qaçıb gizlənib”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300