Lerik rayon Veri kəndinin sakinləri rayon icra başçısının fəaliyyətindən narazıdırlar.

AFN xəbər verir ki, kənd sakinlərinin sosial şəbəkələrdə paylaşdıqları videoda Verinin "işğalda olduğu” deyilir. Belə ki, insanlar kənd yollarının bərbad olmasından, qar yağanda ətrafla əlaqələrinin kəsilməsindən şikayətlidirlər. Videoda bildirilir ki, icra başçısı bu cür problemlərin aradan qaldırılması üçün heç nə etmir: "Kəndi rayonla birləşdirən yol bir həftə əvvəldən qar yağandan bağlanıb. Lənkəran tərəfdən olan yolumuz da dünəndən başlayan güclü qar nəticəsində bağlanıb. Heç bir texnika yoxdur, heç bir məmur vəziyyətlə maraqlanmır. Şagirdlər məktəbə gedə bilmirlər. İşıq demək olar ki, günün çox hissəsini yanmır. Elektrik dirəklərinin çoxusu köhnədir, qara tab gətirməyərək yıxılıb. Biz Veri kənd sakinləri olaraq Azərbaycan dövlətinin qayğısını bu kənddə görmürük. Kənd 10 ildir Bağırovun işğalı altındadır. 10 ildir bu kənd üçün heç bir tədbir reallaşdırılmır. Ölkə inkişaf edir, milyardlarla investisiya qoyulur, amma gördüyünüz kimi, Bakıdan cəmi 400 kilometr məsafədə insanlar üçün ölü həyat hökm sürür”.

Videomaterialda qeyd edilir ki, 10 ildir rayona rəhbərlik edən icra başçısı Rövşən Bağırov Leriki çapıb-talayıb: "Rövşən Bağırov rayonu bərbad hala salıb, bu da bariz nümunələrdən biridir. Veri Lerikin ən böyük kəndlərindən biridir, əhalisinin rəsmi sənədlərdə sayı 3800 nəfərdən çoxdur. Bu qədər əhali bu cür vəziyyətdə yaşayır – işıq yox, yol yox, bir Allah eləməmiş bir adam xəstələnsə ölümdən başqa yolu yoxdur”.

Daha ətraflı aşağıda təqdim etdiyimiz videodan tanış ola bilərsiz.

Redaksiyadan: Videodan da göründüyü kimi, icra başçısının rayonda yaratmış olduğu vəziyyət, onun fəaliyyətsizliyi sakinləri tək özündən deyil, ölkə rəhbərliyindən də narazı salır. Etnik tərkibinə görə həssas bölgə olan Lerik sakinləri ölkədə gedən inkişafı görür, bundan özlərinə də pay istəyirlər. Öz növbəsində ölkə prezidenti də rayona kifayət qədər diqqət və qayğı göstərir, büdcədən, Prezidentin Ehtiyat Fondundan Lerikə xeyli miqdarda vəsait ayrılır, lakin görünən odur ki, R.Bağırov qarşısına rayonun problemlərilə məşğul olmağı deyil, daha da problem yaratmağı məqsəd qoyub. 

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300