Şimali Koreya prezidenti Kim Çen Inın qardaşı Kim Çon Namın Malayziyanın paytaxtı Kuala Lumpur hava limanında zəhərlənərək öldürülməsi xəbərini vermişdik. Hadisədən sonra Malayziya polisi öldürülən şəxsin Koreya Xalq Demokratik Respublikasının prezidentinin qardaşı olduğunu təsdiqləmişdi.

Sputnik Azərbaycan Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Malayziya hökuməti Kim Çon Namı zəhərləyən iki nəfər qadından birini həbs etdiyini açıqlayıb. Həmin qadın hava limanında taksi gözləyərkən kameralara düşüb. Daha sonra polis onu izləməyə başlayıb. Nəhayət o, bu gün Vyetnama qaçmağa çalışarkən həbs olunub.

 
Britaniyanın məşhur "Financial Times" qəzeti isə maraqlı bir iddia ortaya atıb. Qəzetin iddiasına görə, Kim Çon Namın öldürülməsi üçün əmri, məhz Şimali Koreya prezidenti Kim Çen In özü verib.

"Onun məqsədi qardaşının gələcəkdə hakimiyyətə gəlməsinin qarşısını almaqdır" — deyə qəzet yazıb.
 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300