Həbsdə olan jurnalist, "jam.az” saytının redaktoru Fikrət İbişbəylinin (Fərəməzoğlu) səhhətində ciddi problemlər var. Bu haqda jurnalistin hüquqlarını müdafiə komitəsi fevralın 14-də keçirilən mətbuat konfransında məlumat verib.

 

Hüquq müdafiəçisi Oqtay Gülalıyev deyir ki, həmin problemlər Fikrət Fərəməzoğlunun Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (daha çox "bandotdel” kimi tanınır red.) saxlanıldığı 34 gün ərzində yaranıb. Hüquq müdafiəçisinin sözlərinə görə, jurnalist orada işgəncələrə məruz qalıb, iki dişi sındırılıb: "Fikrət hazırda ancaq ağrıkəsicilərin hesabına dayana bilir”.

 

Oqtay Gülalıyev məlumat verib ki, hazırda Azərbaycanda 10 jurnalist və bloqçu qanunsuz olaraq həbsdədi.

 

"Uşağının cızma-qarasını da ona vermirlər”

 

Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə Nösrəti bildirib ki, əvvəlcə heç ağrıkəsici dərmanları da istintaq təcridxanasına buraxmırdılar. Sonradan onun vəziyyətinin günü gündən ağırlaşdığını görüb, icazə veriblər.

 

Həyat yoldaşının dediyinə görə, Fikrətə dəstək məktubları göndərilir, amma onların çatdırılmasına imkan vermirlər: "Fikrətə, hətta öz uşağının yazdığı cızma-qaraları da çatdırmağa imkan vermirlər”.

 

Vəkili Elçin Sadıqov hesab edir ki, Fikrət Fərəməzoğlu insan alverilə bağlı məsələləri araşdırıb, cəmiyyətə çatdırdığına görə cəzalandırılıb. Ona görə də bu həbs söz azadlığına basqı kimi dəyərləndirilməlidi: "Zərərçəkənlər məhkəmədə deyirlər ki, "Fikrət pul istəyib”. Harda istəyib – məlum deyil, nə qədər alıb – bilmirlər. Bunlar nə bilirlər bəs?”

 

"Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir ki, Fikrət Fərəməzoğlunun həbsinə görə Avropa Məhkəməsi Azərbaycan hökumətini cərimələyəcək. O, həmçinin qanunsuz həbs olunan jurnalistlərlə bağlı məsələnin daim gündəmdə saxlanmasının vacib olduğunu vurğulayıb: "Məhkəmə qərarı olmadan saytın fəaliyyətinin dayandırılması, sayta müdaxilə də qanun pozuntusudur”.

 

"İnsan alveri onları niyə narahat edir?”

 

"Fikrət insan alveri problemindən yazırdı. Maraqlıdı, bu məsələ niyə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini narahat edir? İnsan alveri beynəlxalq aləmdə ciddi narahatlıq yaradan problemdi və buna qarşı mübarizə istənilən ölkədə hüquq-mühafizə orqanlarının nəzarətində olmalıdı”, – bu isə hüquq müdafiəçisi Xalid Bağırovun sözləridi.

 

Toplantıda çıxış edən "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib ki, Fikrət Fərəməzoğlu ilə bağlı hesabat hazırlanmalıdır. Bu hesabatda onun həbsəqədərki jurnalist fəaliyyəti, həbs müddətində üzləşdiyi qanunsuzluqlar, işgəncə faktları və məhkəmə zamanı yol verilən pozuntular əksini tapmalıdır. Təklif toplantı iştirakçıları tərəfindən dəstəklənib və bildiriblib ki, hesabat Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərinə də tərcümə ediləcək.

 

Toplantıda ziyalılardan Eldəniz Quliyev, Gununsesi.info saytının rəhbəri, keçmiş siyasi məhbus Pərviz Həşimli, Arqument.Az saytının baş redaktoru Şəmşad Ağa, jurnalist Ramin Deko, Polad Aslanov, "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmli, BBC Radiosunun əməkdaşı və başqaları iştirak ediblər.

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300