Ukrayna Müdafiə Nazirliyi müsəlman dəniz piyadaları batalyonu yaratmağa hazırlaşır.

Avropa.info xəbər verir ki, Ukrayna müdafiə naziri Stepan Poltorak Krım tatarları Məclisinin sədri Refat Çubarovla görüşdə bu təkliflə çıxış edib. Ukrayna tatarların Çonqar qəsəbəsində yerləşən "Əsgər” adlı silahlı birliyinin könüllü şəkildə Ukrayna Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları briqadasının tərkibində xidmət etməsi məsələsinə baxır.

Xatırladaq ki, dünən "Əsgər” batalyonu və Ukrayna ordusunun 57-ci briqadası arasında insident baş vermişdi. Çubarov isə demişdi ki, Ukrayna MN heç cürə müsəlman batalyonu yaradılması ideyasını dəstəkləmək istəmir. Batalyon leqal status almasa "Əsgər” üzvləri ilə münaqişə davam edəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300