Nəhayət, haqq-ədalət öz yerini tapdı. Daha dəqiq desək, haqq öz yerini tapdı, Ədalət də öz "Yerini”.

Bu həmin o Ədalətdir ki, saxta yollarla "Badu-kübə”MTK-nə sədr keçərək 10 il ərzində vətəndaşların mənzillərini iki, üç, hətta dörd adama sataraq külli-miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsədi.Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 2005-ci ildə təməli qoyulan binanı iflic vəziyyətinə saldı.Yeddi adamın həbsinə, üç nəfərin ölümünə səbəb olan Ədalət Qəmbərov dövlətə "Atmağı” da yaddan çıxarmadı.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsində özünə "Krışa” tapan bu dələduz illərdən bəri vergidən nə az, nə çox düz 1.100.000 manat yayınmasına baxmayaraq bir kəsin hünəri çatmırdı ki, ona "Gözün üstə qaşın var” desin. İnşa olunan binada 322 mənzili 500 yaxın vətəndaşa satan Ədalət Qəmbərov bu gün Yasamal məhkəməsinin 25 yanvar 2017-ci il tarixli həbs qətimkan qərarı ilə Kürdüxana həbsxanasında öz əməllərinin cəzasını çəkir.

Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırmalar idarəsində iki ilə yaxın gedən cinayət işi nəhayət ki, tamamlandı və Ə.Qəmbərovun vergidən külli-miqdarda yayınma faktı öz təsdiqini tapdı.Bundan əlavə bir-neçə orqanda onun dələduzluq əməlləri, habelə Akif Çovdarovla iş birliyi qurması faktları barədə də cinayət işləri gedir.

Bütün bunlar yaxşı haldır.Bütün cinayətlərin üstü gec-tez açılır və günahkarlar cəzalanır. Bizi başqa bir məqam daha çox düşündürür. Görəsən Ədalət Qəmbərov kimi dələduza inanaraq pullarını verib mənzil alan, sonradan aldadığını bilən vətəndaşların taleyi necə olacaq? Binanın tikintisini kim tamamlayacaq?(dosye.az)

 

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300