Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin tələbələri adından
redaksiyamızın elektron poçtuna fakültənin dekan müavini Nigar İsmayılzadə ilə
bağlı şikayət məktubu daxil olub. Adlarını açıqlamaqdan ehtiyat edən tələbələr
ciddi ittihamlar səsləndirməklə yanaşı ilginc faktlar da verirlər. Onlar qeyd
edirlər ki, "24 illik tarixi ərzində heç vaxt rüşvət hadisələri ilə gündəmə
gəlməmiş İlahiyyat fakültəsində təəssüf ki, bu gün dekan müavini dosent Nigar
İsmayılzadənin sayəsində rüşvətxorluq adı çəkilən təhsil ocağında "çiçək açıb”.
İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə tələbələrə rüşvətlə qiymət
yazdırmaqdan başqa onlar arasında ayrı-seçkilik edir, imkansız və imkanlı tələbələrlə
ünsiyyətdə istifadə etdiyi dil bir-birindən kəskin fərqlənir.
Fakultəmizdə qeyri-rəsmi imtahan "haqqı” təyin edən dekan müavini beş semestr
imtahanının hər birindən 300 manat olmaqla ümumilikdə 1500 manat, dövlət
imtahanından isə ayrıca olaraq 1200 manat alaraq hamını soğan qabığı kimi
soyur.
Hörmətli Abel müəllim! "İzahlı beş manat, izahsız üç manat" məsələsi
kimi tək tək 300 azn, cəm halda 70-100 azn arasında dəyişir qiymət. Tələbələrin
birinci üst-başına, sonra işlətdiyi telefona və daha sonra şəxsi maşınının
olub-olmadığına baxan dekan müavini kasıb tələbələri nalayiq ifadələrlə, xüsusən
"bomj” və "cındır” sözləriylə təhqir edir, imkanlı tələbələrə isə xüsusi "nəvaziş”
göstərir.
Hərdən dərslərdən icazə almaq lazım olanda icazəni Nigar İsmayılzadədən yox,
fakültənin digər rəhbərlərindən almağa çalışırıq. Çünki icazəni Nigar xanımdan
alanda baha başa gəlir, hədiyyə almaq lazım gəlir. Misal üçün bir tələbə icazə
alıb rayona gedəndə o bölgənin kənd təsərrüfatı məhsullarından bir bağlama
hazırlayıb gətirməyə məcbur olur. Bu "hədiyyə" sisteminə yumurtadan
tutmuş hər növ kənd təsərrüfatı məhsulları və qiyməti olan hər şey daxildir.
Nigar İsmayılzadə
"Mənə nə alacaqsınız" sualını eşitməmək üçün gözünə görünməməyə
çalışdığımız Nigar İsmayılzadə ümumiyyətlə tez-tez tələbələrdən hədiyyə almağı
çox sevir, imtahanlarda dekanın adından istifadə edib, tələbələrə tort
aldırmaqdan belə çəkinmir. Hətta aldığı hədiyyələri həftələrlə öz iş stolunun
üstündə sərgiləyir. Bununla da ona hədiyyə almayan digər tələbələrə mesaj
verir.
Bu il ailə həyatı quran fakültənin 4-cü kurs tələbələrimizdən biri (adını qeyd
etməkdən çəkinirik) (tərcümə-fars) uzun müddət dərslərə gəlmədiyinə görə ona
qaib yazılmaması üçün qaynatası Nigar İsmayılzadəyə xeyli pul verib. Bu faktı
da tələbə yoldaşlarımıza həmin tələbənin özü danışıb. Ancaq fakültədə Nigar
İsmayılzadənin hər istəyini qəbul etdirə bilmədiyi bəzi müəllimlər adı çəkilən
tələbəyə mütəmadi olaraq qaib yazıblar. Daha sonra vəziyyəti öyrənən tələbə
dekan müavinindən onun problemini həll etməsini tələb edib. Nigar İsmayılzadə də
bu mərhələdən sonra problemi həll edə bilməyəcəyini görüb aldığı "haqq”ı geri
qaytaracağını bildirsə də tələbə pulunu alacağı təqdirdə dekan müavinin onu
sıxışdıracağından qorxduğu üçün pulun geri qaytarılmasında israrçı olmayıb.
Nəticədə isə qeyd etdiyimiz tələbə bütün qaiblərə baxmayaraq imtahanlara girməyə
nail oldu.
Magistr tələbə qızlarımızdan biri (adını qeyd edə bilməsək də bu hadisəni
fakultəmizdə hamı bildiyi üçün kimdən söhbət getdiyi məlum olacaqdır) (tərcümə-ərəb)
magistratura səviyyəsinə qəbul imtahanlarından öz biliyi ilə keçdiyi halda
Nigar İsmayılzadə onun "xüsusi" tapşırıq ilə ərəb dili fənnindən keçə
bilməməsinə nail oldu. TQDK dan yoxlama tələb edərək magisturaturanı qazanan
telebenin atasına zeng edən dekan müavini "Qızının işini həll etdiyini və
hədiyyə gözlədiyini" bildirib. Hətta özü üçün adı çəkilən tələbəyə qiymətli
palto da aldırıb. Bir müddət sonra isə tələbənin özünün geyindiyi kürkə göz
dikib əlindən alaraq "bunu mən geyinim” deyib. Tələbə öz kürkünü verməyincə də
"mənə aldığın paltonun zamoku xarab olub, apar düzəltdir” deyib. Tələbə də
bunun böyük bir problem olmadığını, dekan müavininə onun özünün düzəltdirməsini
söyləyib. Yanvar semestr imtahanlarından hədiyyəsiz ötüşməyi nəzərdə tutmayan
Nigar İsmayılzadə tələbədən tələb etdiyi xəz dəri gödəkcənin yerinə sadə dəri gödəkcə
hədiyyəsi gətirdiyini görüncə dözə bilməyib tələbənin atasına Türkiyəyə zəng edərək,
bu hədiyyəni bəyənmədiyini bildirib.
İmtahanlarda "xüsusi" qayğıkeşlik göstərdiyi tələbələrə imtahan vərəqinə
nə yazırsınız yazın misal üçün ərəb dili imtahanını nəzərdə tutaraq təfsir
yazın hətta amma vərəqi boş qoymayın, yoxlayan müəllim həll edəcək deyə dəhlizdə
yüksək səslə danışmaqdan belə çəkinmir.
Birinci kurs tələbələrimizdən, informatika imtahanı üçün hamıdan bir nəfər kimi
70 azn-dən pul toplayan Nigar xanım kəsilən 22 tələbəmizə mən müraciət etmişəm
rektoratlığa sizə yenidən imtahan təyin olunacaq deyə söz verib. Başqa
imtahanlardan da kəsilən tələbələr, keçən ayın axırlarından rektor Abel Məhərrəmova
ərizə yazmışıq amma hansı tələbə Nigar xanımın üsullarıyla müraciət edib, o tələbənin
müraciəti rektorluğa çatır, hansı tələbə isə pul verməyib onların müraciəti elə
otaqda Nigar xanımın masası üzərinde qalıb. Bəzilərimizə apardım İsmayıl müəllim
qəbul etmədi desə də bəzilərimizə isə, mən aldığımı aldım imtahandan
keçirdiyimi də keçirdim, qalanı mənim işim deyil deyə cavab verdi.
Nigar İsmayılzadə ixtisasça ilahiyyatçı və ya ərəbşünas olmadığı üçün maraqlı
bir faktı da nəzərinizə çatdırırıq. Görünür buna görədir ki, dekan müavinin
davranışlarında İlahiyyat fakültəsinin rəhbərlərinin davranışına uyğun olmayan
başqa hallar da müşahidə edilir, dini dəyərlərə qarşı yaxşı tövr sergilemir. Ümumiyyətlə
bəzi tələbələri geyimlərinə görə "geri qalmış” adlandırıb onları aşağılamaq, hətta
işlətdikləri nisbətən ucuz ətirə görə tələbələri kiçiltmək Nigar İsmayılzadənin
xasiyyətidir.
Bu yaxınlarda fakultə müəllimlərinin yoxlanılması, tələbə ilə davranışının necəliyinin
öyrənilməsi məqsədiylə BDU-dan yoxlama gəlmiş və gizli bir sorğu keçirmişdilər.
Sorğu əsnasında fakultəmizdə Nigar İsmayılzadənin "sağ qolu" olan tələbə
həmkarlar ittifaqı sədri İlqar dəhlizlərdə o yan bu yana qaçır qarşısına çıxan
bütün tələbəyə "Sorğu gizli deyil, Nigar xanım kimin nə yazdığını biləcək.
Hamınız Nigar xanıma səs verin" deyə bir bir tapşırırdı. Qısacası fakultəmizdə
"Nigar xanım qorxusu" hökm sürür.
Onu da qeyd etmək istəyirik ki, Nigar İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri
Gürsəl İsmayılzadənin bacısıdır. Nigar xanım bütün bu "fəaliyyətlər”ində məhz səfir
qardaşına arxalanır.
Qardaşının səfir olduğunu tələbələrə birinci kursdaca eşitdirən Nigar
İsmayılzadə mütəmadi olaraq qardaşının rektor Abel Meherremovla yaxın dost
olduğunu bununla birlikdə deputatlardan tutmuş yüksək vəzifəli şəxslərə qədər
dövlət orqanlarında başqa güclü dəstəklərinin də olmasından danışır və ona heç
kimin gücünün yetməyəcəyini söyləyərək müəllim-tələbə heyətinə gözdağı verir. Təəssüf
ki, bu gözdağı da hər kəsin dekan müavinindən çəkinməsi və onun fakültədə istədiyini
etməsi üçün bəs edir. Nigar İsmayılzadənin zülmündən, diktatorluğundan fakültənin
dekanı Vasim Məmmədəliyevə belə şikayət edə bilmədik. Çünki Nigar xanımın onun
"sözünə baxmayıb” ziyan görən insanlara; "əgər mənim sözümə baxsaydınız,
(pozitsiyamdan getsəydiniz) ziyan görməzdiniz” dediyinə fakültədə dəfələrlə
şahid olunduğu üçün biz də ondan dekana şikayət edəcəyimiz təqdirdə ziyan görəcəyimizi,
hətta məzun ola bilməyəcəyimizi belə bilirik. BDU rəhbərliyi müəllimlərimizdən
gizli qalmaq şərtilə sorğu keçirmiş olsalar, Nigar xanımın "yolundan gətməyən"
tələbələrin imtahan bilətlərinin bilətleri hazırlayan müəllimin xəbəri olmadan
dəyişdirib, tələbələrin hazırlaşmadıqları suallarla əvəz edib, tələbələrə
imtahanda sürpriz edən N.İsmayılzadənin intiqam almaq metodları ilə yaxından
tanış ola bilərlər. Biz onu da bilirik hətta əminik ki, bu yazımız heç bir şeyi
dəyişməyəcək Nigar İsmayılzadə özünün "varlılar ordusu"nun köməyi ilə
həmişə olduğu kimi sudan quru çıxmağı bacaracaqdır. Bəzi tələbələrimiz yazılı
şikayət edərək, korpusun qarşısındakı şikayət qutusuna atıblar, bu dəfələrlə
olub, lakin indiyə qədər heç bir ölçü götürülməyib.
Biz burdan fakultəmizin dekanı hörmətli Vasim Məmmədəliyevə, BDU-nun rektoru
hörmetli Abel Məhərrəmova, Gürsel İsmayılzadə ilə dost olduğu xəbərinə belə
baxmayaraq, Abel Məhərrəmovun ədalətinə sığınaraq səslənirik: "Hörmətli
Abel müəllim ! Bu xanımın bu vəzifəyə hansı yollarla gəldiyini araşdırın xahiş
edirik ! Xahiş edirik şikayətimizi nəzərə alın, sizin ədalətinizə sığınırıq,
söz mövzusu heç bir qanun tanımayan Nigar İsmayılzadə olduğu halda, kiçik bir
yoxlama ilə hələ bizim bilmədiyimiz, qeyd etmədiyimiz çox qanunsuzluqlara şahid
olacaqsınız!"
Hörmətli redaksiya sizdə bu adamın dəstəkçilərindən deyilsinizsə xahiş edirik
bizim bu fəryadımızı çap edəsiniz ki, səsimizi bəlkə eşidən olsun!!
Hörmətlə: İlahiyyat fakultesinin bir qrup kasıb tələbəsi !
Teref.info olaraq BDU-nin ilahiyyat fakultəsinə zəng etdik və bu məktubu
araşdırmaq üçün səlahiyyətli şəxs axtardıq. Lakin fakultədə heç kim
olmadığından 4-cü zəngimizdən sonra suallarımıza iş icraçısı Samirə xanım
cavab verdi.
Samirə xanımın sözlərinə görə onların fakultəsində şikayət qutusu yoxdur. Şikayət
qutusu BDU-nun korpuslarındadır.
Nigar xanımla bağlı hansı şikayətlərin olması barədə heç bir məlumatı
olmadığını vurğulayan Samirə xanım dekan müavinlərinin günorta fasiləsində
olduğunu vurğuladı.
Nigar xanımın harda ola biləcəyi haqda sualımız isə , Nigar İsmayılzadə ola
bilər əsas korpusda olduğunu vurğuladı.
Samirə xanım suallarımıza daha ətraflı dekan müavinlərinin cavab verə biləcəyini
deyərək, fasilədən sonra zəng etməyi məsləhət gördü.
Fasilədən sonra fakultə ilə əlaqə saxlayaraq dekan müavini ilə söhbət etmək istədiyimizi
bildirdik. Bir neçə zəngimizdən sonra telefona yaxınlaşan bir şəxs Türkiyə
türkcəsi ilə özünü Osman bəy kimi təqdim edərək Teref.info-nun müxbirinə cavab
verdi.
Osman bəydən saytımıza tələbələr tərəfindən həmkarı Nigar İsmayılzadədən şikayət
gəldiyini dedik.
Hardan olduğumuzu öyrənəndən sonra giriş qapısındakı telefonla danışdığını deyərək,
5 dəqiqədən sonra kabinetində olacağını və bizə kabinetindən cavab verəcəyini
deyərək ora zəng etməyimizi xahiş etdi.
Biz razılaşdıq, lakin bundan sonra dəfələrlə zəng etməyimizə baxmayaraq bizim zənglərimizə
heç kim cavab vermədi.(teref.info)
Uluyol.info
Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.