Paltarları evdə qurutmaq sağlamlığa zərərlidir
 
Qış aylarında qızdırıcının üzərində paltar qurutmaq tənəffüs yolları xəstəliklərinə səbəb ola bilər. Mütəxəssislər deyir ki, insanlar bu məsələdə diqqətli olmalıdırlar. 

Hər kəsə məlumdur ki, havalar soyuyan kimi paltarlar qızdırıcı üzərinə sərilərək qurudulur. 
Lakin tibb mütəxəssisləri bunun otaqdakı rütubət tarazlığını pozduğunu bildirir. 

Paltar yuyarkən istifadə olunan yuyucu tozlar, yumşaldıcı kimi kimyəvi maddələr, qurutma zamanı  tənəffüs etdiyimiz  havaya qarışır.

Bunun qarşısını almağın yeganə yolu havanın necə olmasından asılı olmayaraq, paltarları mümkün olduğu qədər bayırda qurutmağa çalışmaqdır. 

Əgər paltarları içəridə qurutmaq məcburiyyətində qalsanız belə, yatdığınız otaqda deyil, gündüz oturduğunuz otaqda qurutmağa üstünlük verin.(musavat.com-Nərgiz Liftiyeva)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300