Azərbaycan Respublikasının Təhsil

naziri cənab Mikayıl Cabbarova

BakuNews.Az internet portalının 

Təsisçisi Mirkənan Seyidov TƏRƏFİNDƏN

Cənab Nazir!

Nəzərinizə çatdırım ki, rəhbərlik etdiyim saytda "Təhsil Nazirliyinə qarşı İTTİHAM – Sınaq imtahanına nazirlik 6 manat yığır” sərlövhəli məqalə dərc edildikdən sonra, Tərtər rayonu, Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd orta məktəbinin direktoru Elmira Hüseynova mənə telefon açaraq məktəb və müəllim etikasından kənar ifadələrlə təhqir etdi. Halbuki hörmətli E.Hüseynovanın "Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri” haqqında qanununda Maddə 44-də "Təkzib, düzəliş və cavab vermək hüququ” bölməsində deyildiyi kimi:

  • Kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.

Lakin, Tərtər rayonu, Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd orta məktəbinin direktoru Elmira Hüseynova bunların heç birini etmədən məni dayanmadan təhqir və təhdid etməyə başladı. Xatırladım ki, onunla telefon danışığının xəbərdarlıq etmək şərti ilə audio qeydi də aparılıb. (http://bakunews.az/gundem/24869-mekteb-direktoru-ve-40-quldur-.html - http://bakunews.az/sechilmish/24861-mekteb-direktoru-sayt-rehberini-hedeledi-.html) (https://youtu.be/ShykM3Ycwv0) həmin ifadələrə bu linkdən daxil olub qulaq asa bilərsiniz.

Cənab nazir!

Məktəb direktoru telefon danışığı zamanı bütün etik normaları aşmaqla yanaşı, rəhbər statusundan istifadə etməklə, məktəb kollektivinə təzyiq edəcəyini və mənim ondan guya məqalənin dərc edilməməsi üçün müvafiq miqdarda pul istədiyim haqqında rayon prokuroruna kütləvi ərizə ilə müraciət etdirəcəyini gizlətmədən deyir. Əslində bu hal Azərbaycan Respublikası KİV haqqında qanunun Maddə 1-in "Kütləvi informasiya azadlığı” bölməsinin:

  • - "Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.”
– tələblərini pozmaqla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Maddə 163-də "Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma” bölməsində qeyd olunur ki:

  • 163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə—

    — yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

    163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—

    — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Bundan başqa Tərtər rayonu, Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd orta məktəbinin direktoru Elmira Hüseynova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsini kobud şəkildə pozmaqla mənə dəfələrlə hədə - qorxu gəldi. Halbuki biz mətbuat nümayəndələri olaraq KİV haqqqında qanunun 7-ci Maddəsinə - "Senzuranın yolverilməzliyi” bölməsinə uyğun olaraq: "...dövlət orqanlarının, bələdiyyələrin, idərə, müəssisə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur.” – peşə borcumuzu yerinə yetirmişik. 

Cənab Nazir!

Xahiş edirəm,Tərtər rayonu, Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd orta məktəbinin direktoru Elmira Hüseynova haqqında yuxarıda qeyd etdiyimiz faktları əsas götürərək, qanun çərçivəsində ölçü götürəsiniz. Əks halda həmin xanım tərəfindən fəaliyyətimizə mane olunmayacağı ilə əlaqədar hər hansı qarantiyamız yoxdur. 


Hörmətlə BakuNews.Az internet portalının 
Təsisçisi: Mirkənan Seyidov

Mob: 070/055 402 02 85
13.02.2017-ci il 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300