Arif Hacılı: "Bu, milli faciədir"

"Demişdim ki, əfv sərəncamı hakimiyyətin ölkəmiz üçün ağır siyasi və iqtisadı böhran dövründə nə cür davranacağının son anonsu olacaq. Hakimiyyət heç bir siyasi məhbusu buraxmamaqla seçimini etdi. Azərbaycan cəmiyyəti və Dünya Birliyi ilə qarşıdurma yolunu seçdi". 

Bunu Arqument.Az-a açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamına münasibət bildirərkən deyib. 

Müsavat başqanı hakimiyyətin son addımlarını milli faciə adlandırıb: "Belə görünür ki, hakimiyyət artıq iflasa uğradığı aydın görünən daxili ve xarici siyasətini davam etdirmək niyyətindədir. Bu, milli faciədir. İndiki sürətli inkişaf dövründə, qonşularımızın sivil dünyaya inteqrasiya etdiyi bir məqamda biz hətta yerimizdə saymadan sürətlə geriyə getməkdəyik. Dövlət maraqlarımızı təhdid edən bu siyasət böhranın daha da dərinləşməsinə, vətəndaş qarşıdurmasının sərtləşməsinə yönəlib. Azərbaycan cəmiyyəti bu siyasəti durdurmaq üçün səfərbər olunmalıdır".(arqument.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300