Gürcüstanın Marneuli rayonunda azərbaycanlıların kompakt yaşadığı, Ermənistanla sərhəddə yerləşən Təzəkənd kəndində etiraz aksiyası keçirilib. Aksiyaya səbəb kimi kənd yollarının acınacaqlı vəziyyətdə olması göstərilib.

Etirazçılar bildiriblər ki, yağıntılı havalarda yolda hərəkət mümkün olmur. Kənd mərkəzinə toplaşan sakinlər deyib ki, hətta maşınların da yoldan keçməsi mümkün deyil: "Kəndə xəstələr üçün çağırılan təcili yardım maşınları da yolda qalır”.

Marneuli Rayon Bələdiyyəsinin sədri Nəbi Abdullayev sərhəd kəndi olan Təzəkəndin yollarının bərbad vəziyyətdə olduğunu təsdiq edib, bunun içməli su xəttinin çəkilişi ilə bağlı olduğunu bildirib: "İçməli su xətti çəkmək üçün qazıntı işləri apardıq və birdən-birə hava şəraiti dəyişdi. Hava şəraiti yaxşılaşan kimi içməli su xəttinin çəkilişi başa çatdırılacaq və müvafiq strukturlar kənd yollarına çınqıl tökəcək, gediş-gəlişi yaxşılaşacaq”.

Bələdiyyə sədri əlavə edib ki, Ermənistanla sərhəddə yerləşən Təzəkənd kəndinin kəndarası yollarına 2018-ci ildə asfalt örtük döşənəcəyi gözlənilir. (APA)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300