Sülhəddin Əkbər: "Müxalifətin yenidən formatlanmasına ehtiyac var”
 


 

Manatın ikinci devalvasiyasından sonra Azərbaycanda sosial-iqtisadi vəziyyətin daha da gərginləşməsi müşahidə edilməkdədir. Növbəti devalvasiya baş verər-verməz başda ərzaq məhsulları olmaqla, bütün məhsulların qiymətində kəskin artım müşahidə edilməkdədir ki, bu da alıcılıq qabiliyyəti onsuz da aşağı olan insanların durumunu, sosial təminatını mümkünsüz hala gətirməkdədir.

Maraqlıdır, manatın məlum devalvasiyası və sosial-iqtisadi vəziyyətin ağırlaşması foonunda müxalifətin kütləvi etiraz aksiyaları təşəbbüsü ilə çıxış etməsinə ehtiyac varmı? Yeni situasiya bu aksiyaların kütləviliyini təmin edə, daha geniş dairələrin aksiyalarda iştirakına səbəb ola bilərmi?


Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər vəziyyətin getdikcə mürəkkəbləşəcəyinə diqqət çəkib. Partiya sədrinin sözlərinə görə, yaxın gələcəkdə kütləvi aksiyaların keçirilməsi ilə bağlı sosial tələbin ortaya çıxacağı şübhəsizdir:


"Mən dəfələrlə mətbuata açıqlamamda söyləmişəm ki, Azərbaycan böyük dəyişikliklər mərhələsinə daxil olub. Bu dəyişikliklərin ilk əlaməti isə 21 fevral tarixində manatın ilk devalvasiyası oldu. Həmin vaxt Azərbaycanın maliyyə-iqtisadi böhrana girdiyi üzə çıxdı. Bunun ardınca iqtisadi böhran qaçılmazdır. Çünki dünya bazarında neftin qiymətinin sürətlə aşağı düşdüyü bir zamanda Azərbayacana gələn gəlirlərin azalması birmənalıdır. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycana gələn xarici gəlirlərin böyük bri qismini neft satışından əldə edilən gəlirlər təşkil edir. Təkcə bir il ərzində, yəni 2015-2016-cı il dövlət büdcəsinin gəlir hissəsinə baxsaq, görərik ki, 11 milyard dollardan artıq fərq var. Azərbaycanın dövlət büdcəsinin gəlir hissəsi 11 milyarddan çox azalıb. Bu, ikinci devalvasiyaya qədər olan rəqəmdir. Təbii ki, ikinci devalvasiyadan sonra bu fərq daha da böyüyüb”.


S.Əkbərin sözlərinə görə, yaxın gələcəkdə işsizlik problemi pik həddə çatacaq:


"Bu ilin birinci on ayı ərzində Azərbaycanın ümumi daxili məhsulu 30%-dən çox azalıb. Bunlar real rəqəmlərdir. Bu azalma isə gələcəkdə ölkədə bir milyondan çox işsizin yaranması deməkdir. Belə bir şəraitdə heç şübhəsiz ki, bu böhranın sosial-iqtisadi təsirləri olacaq. Sosial-iqtisadi təsirlər isə öz növbəsində sosial-siyasi təsirlər doğuracaq. Hesab edirəm ki, Azərbaycanda kütləvi aksiyaların keçirilməsinə sosial tələb yetişəcək”.


AzDP sədri hesab edir ki, mövcud şəraitdə müxalifətin yenidən formalaşmasına ehtiyac var:


"Mənə elə gəlir ki, Azərbaycan müxalifət də yenidən formatlanmalıdır. Yeni şərait yeni müxalifət, yeni qüvvələr, yeni etiraz elektoratı ortaya çıxaracaq. Əsasən "milli burjuaziya”, orta təbəqə siyasət səhnəsinə çıxmalıdır. Bu, "milli burjuaziyanın”, orta təbəqənin də iştirak etdiyi siyasi qüvvə olacaq. Ya onlar özləri siyasi qüvvə yaradacaq, ya da hansısa bir siyasi qüvvəyə qoşulacaqlar. Bu məsələdə Azərbaycan hakimiyyətinin mövcud vəziyyəti, onun ayrı-ayrı hissələrə bölünməsi amili də öz sözünü deyəcək.


Burada xarici amilləri də unutmamaq lazımdır. Gələcəkdə Azərbaycanın ictimai-siyasi həyatı həm dediyim amillərin, həm də xarici təzyiqlərin təsiri altında olacaq. Bütün bu amillər isə yeni şəraitin formlaşmasına səbəb olacaqdır. Yeni şəraitdə isə, qeyd etdiyim kimi, yeni müxalif qüvvələr ortaya çıxacaqdır”.(moderator.az)


 

Seymur Əliyev

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300