Bu gün Müsavat Partiyasının Məclis üzvü Valeh Hümmətoğlu Salyan rayon polis idarəsinə çağırılıb. Bu haqda "Basta”ya Müsavatın Salyan rayon təşkilatının sədri Nizami Osmanuşağı məlumat verib.Valeh Hümmətoğlu polis idarəsində dindirildikdən sonra sərbəst buraxılıb.

"Məndən sabaha təyin olunan müşavirə ilə bağlı izahat istədilər. Bildirdim ki, siyasi partiyaların öz strukturları daxilində müşavirələr keçirmək hüququ var. Məndən tələb etdilər ki, müşavirəni təxirə salım”.

Qeyd edək ki, Müsavat Partiyası respublikanın bütün ərazisində müşavirələr keçirir. Bu barədə qərarı partiyanın Divanı verib.

Müsavatın Divan üzvü, vəkil Nemət Kərimli "Basta”nın sualına cavab olaraq bildirib ki,müxalifətçinin partiyadaxili iclasa görə polisə çağırılması qanunsuzdur. Bu qanunsuzluqla əlaqədar müxalifətçinin prokurorluğa və məhkəməyə müraciət etmək hüququ var.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300