Əlirza Şamilov: "Mirzə Hacıyev mənim 6000 manatımı alıb, vermir”

"Sabunçu rayonunda yerləşən 148 saylı Mənzil İstismar Sahəsinin rəisi Mirzə Hacıyev özü kimi dələduzlarla əlbir olub vətəndaşların pulunu aldadıb mənimsəməklə məşğuldur”. Bu sözləri Ucar rayonu, Oğuz küçəsi, Dəmir Yolu yaşayış Evi, bina 3, mənzil 8-də yaşayan Şamilov Əlirza Qərib oğlu JAM.AZ-ın elektron ünvanına göndərdiyi məktubdandır. 

Əlirza Şamilov yazır ki, Mirzə Hacıyev bu ilin fevral ayında ona bildirib ki, 148 saylı Mənzil İstismar Sahəsinə məxsus ucuz 1 otaqlı ev var, 8000 manata mənim bacım oğlu Akif satır. "Mirzə Hacıyevin bacısı oğlu kimi özünü təqdim edən Akif adlı şəxsin 148 saylı MİS-nin balansında olan evi 8000 manata satdığını mənə bildirdi. Mən həmin Akif adlı şəxslə danışıb, razılaşıb 6000 manat pulu ona, 1900 manatını isə sənədləşdirmə adı ilə Mirzə Hacıyevə verdim. Bundan sonra bu fırıldaqçılar bu gün sabah deyə -deyə məni get-gələ salıb aldatdılar. Mənə sonra məlum oldu ki, onlar beləcə əlbir olub avam insanları aldadıb pullarını mənimsəməklə məşğuldular. Buna görə də onlarla görüşüb video çəkliş apardım”. 

Şikayətçi yazır ki, həmin video görüntülərdə 148 saylı MİS-in rəisi aldığı pulu etiraf edir ki, onun bu hərəkəti cınayət əməlidir. "Video çəklişdə 148 saylı MİS rəisinin qanundan qanunçuluqdan danışması dələduzluqdur ki, güya, bu adam qanun tərəfdarıdır. Pulumu bu dələduzlardan ala biləcəyim mümkünsüz olduğunu görüb Sabunçu prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdim. Şikayətimə baxan Sabunçu rayon prokurorluğunun Malik adlı müstəntiqi heç bir qanunu tədbir görmədi. Baxmayaraq ki, 148 saylı Mənzil İstismar Sahəsinin rəisi Mirzə Hacıyevin məndən saxtakarlıqla pul almasını təsdiq edən video çəkliş olan diski müstəntiqə təqdim etmişdim. Həmin video diski mətbuat vasitəsi ilə ictimaiyyətə təqdim edirəm, baxılsın bəlkə hüquq mühafizə orqanı rəhbərləri bu dələduz MİS rəisi barədə tədbir görələr.Bunu da ona görə edirəm ki, gələcəkdə mnənim kimi avam insanlar belə dələduz vəzifəli şəxsin toruna düşməsinlər”.

Qarşı tərəfi də dinləməyə hazırıq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300