Şamaxıda və Hacıqabulda sahibkarlar icra başçılarının əlindən cana gəlib

Şamaxi və Haciqabul rayonu ərazisində olan 50 min hektara yaxin qiş otlaq sahələri,təyinati dəyişdirilmək adi ilə, hər iki rayonun rəhbərləri tərəfindən qanunsuz olaraq alver mənbəyinə çevrilib. Həmin ərazidə 300-ə yaxin sahibkara,500 dən artiq ailəyə məxsus olan təxminən 200 min baş civarinda xirdabuynuzlu heyvan,10 min başa qədər iribuynuzlu heyvandarliqin taleyi Allahin ümüdinə qalib”

Bu sözləri Şamaxı rayonu Quşçu kəndindən olan sahibkar Zahir Məmmədli öz facebook səhifəsində yazıb. Statusda daha sonra yazılır:"Hər iki rayonun rəhbərligi tərəfindən, biz sahibkarlari ayri ayriliqda rayon icra hakimiyyətinə çagiraraq,heç bir hesablanma və dəyərləndirmə əməliyati aparilmadan tələb edirlər ki,icarənizdə olan torpaqlardan yazili şəkildə imtina edin.Əks halda həmin ərazilər sizdən məcburi qaydada alinacaqdir.Hər bir sahibkarin təxminən 550 min manat dəyərində olan əmlakina, 25 min manata yaxin pul təklif edirlər. Yuxarida göstərilən rayon rəhbərləri, biz sahibkarlari tamami ilə əmlaksizlaşdirib proletar təbəqəsi yaradirlar.Ona görə də biz- proletarlari, birləşməyə çagiriram”.

Zahir Məmmədli özü bizimyol.info portalına açıqlamasında bildirib ki, o, kənd təsərrüfatı naziri Heydər Əsədovla da görüşüb: "Nazir rayonda qəbul keçirərkən onunla görüşdüm. Bildirdim ki, bizim əmlakımızı əlimizdən alırlar. Bizi muflisləşdirirlər. Bu, qanua zidd addımdır. O isə əvəzində: "Narahat olmayın, halalıq veriləcək” dedi. Çox təəccübləndim ki, nazir də qanunlardan deyil, halallıqdan danışır. Eyni sözü icra başçısı da deyir. Çox qəribədir, dövlət strukturlarında yüksək vəzifə tutan adamlar qanunları bir yana qoyub, az qala dini kateqoriya və anlayışlardan istifadə edirlər. Bu da bir yana qalsın, 550 min manatlıq əmlakı sahibkarın əlindən alıb, əvəzində 25 min manat təklif edirlər və bunu "halallıq” adlandırırlar. Bir əmlakın bazar dəyərindən 22 dəfə az məbləğdə kompensasiya təklif etmək halallıqdırsa, onda görəsən haramçılıq necə olur?!”

Zahir Məmmədli deyir ki, bütün instansiyalara, o cümlədən, ölkə prezidentinə müraciət ediblər. Ancaq hələ ki bir nəticəsi olmayıb.

(Qaynarinfo.Az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300