Argentinalı əfsanə futbolçu Dieqo Armando Maradona FIFA-da işləyəcəyini bildirib.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Maradona sosial şəbəkədəki rəsmi hesabından verdiyi açıqlamada artıq FIFA-da vəzifə icra edəcəyini bəyan edib.
Əfsanəvi futbolçu rəsmi hesabından bunları yazıb:"Nəhayət, xəyallarımdan daha birini reallaşdırdım. Artıq təmiz və şəffaf bir FIFA üçün çalışacağam”.
Maradonun hansı vəzifədə çalışacağı isə açıqlanmayıb.
Aygün, musavat.com